Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan–Ukrayna münasibətləri yeni mərhələdə: sülh diplomatiyası və geosiyasi əhəmiyyət - TƏHLİL

Azərbaycan–Ukrayna münasibətləri yeni mərhələdə: sülh diplomatiyası və geosiyasi əhəmiyyət - TƏHLİL

Bakı, 27 aprel, AZƏRTAC

Ukrayna Prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin dərinləşməsi ilə yanaşı, regional və qlobal geosiyasi mənzərə baxımından böyük əhəmiyyət kəsb edir.

Bu səfər diplomatik vasitəçilik və sülh perspektivləri, enerji və logistika təhlükəsizliyi, müxtəlif sahələrdə əməkdaşlıq, müdafiə sənayesi, beynəlxalq hüquq və ərazi bütövlüyü, eləcə də humanitar dəstək və sosial dayanıqlılıq məsələləri baxımından diqqət çəkir.

Ümumilikdə isə Zelenskinin səfəri Azərbaycanın artıq təkcə regional oyunçu deyil, daha geniş coğrafiyada sabitlik yaradan mühüm aktora çevrildiyini göstərir.

Bu, Azərbaycanın qlobal siyasi balansda aktiv rol oynayan strateji platformaya çevrildiyini nümayiş etdirir.

Çoxəsrlik tarixi köklərə əsaslanan Azərbaycan-Ukrayna münasibətləri

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycan və Ukrayna əlaqələri çoxəsrlik tarixi köklərə əsaslanır. Hər iki ölkənin ənənəvi səmimi dostluq münasibətləri mövcuddur. Dövlət müstəqilliyi əldə edən hər iki respublikanın ikitərəfli əlaqələri Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Ukraynaya səfərindən sonra inkişaf mərhələsinə daxil olub. Prezident İlham Əliyevin Ukraynaya səfərləri də mühüm siyasi əhəmiyyət daşıyıb. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək.

Deputat bildirib ki, Azərbaycan və Ukrayna güclü regional tərəfdaş kimi beynəlxalq təşkilatlarda da birgə fəaliyyət göstərir. BMT, ATƏT, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. İki ölkə arasında Birgə Bəyannamənin, eləcə də strateji əməkdaşlığın inkişafına dair siyasi sənədlərin imzalanması əlaqələrin yüksək zirvəyə çatması üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan müstəqil dövlətdir, xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini öz milli maraqlarına uyğun qurur və həyata keçirir. Bu əlaqələr heç bir zaman başqa ölkələrə qarşı yönəlməyib. Azərbaycan bütün ölkələlərin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarıdır. Bu, beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Bu prinsiplərə riayət olunmadığı halda təhlükəsizlik, əməkdaşlıq, sülh şəraitində birgəyaşayış mümkünsüz hala gəlir. Azərbaycan ərazi bütövlüyünün pozulmasından onillər boyu əziyyət çəkib. Ona görə də bu prinsiplərə riayət olunmasının vacibliyini yaxşı dərk edir. Azərbaycan Ukrayna ilə Rusiya arasında münaqişədə hər hansı bir formada iştirak etmir, hərbi komponentlərdən tamamilə uzaqdır.

Azərbaycanın humanitar siyasəti

Samir Vəliyev qeyd edib ki, liderlər müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, energetika sahəsində əməkdaşlığı da diqqət mərkəzində saxlayıblar. Dövlətimizin başçısının dediyi kimi, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var.

Nəzərə alaq ki, Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstək bir neçə mərhələni əhatə edir. Müharibənin ilk aylarından etibarən enerji avadanlıqları, tibbi ləvazimatlar və ərzaq məhsulları göndərilib. Sonrakı dövrlərdə elektrik infrastrukturunun bərpasına dəstək məqsədilə generatorlar və transformatorlar təqdim olunub, eyni zamanda, sosial obyektlərin fəaliyyətinin təmin edilməsi üçün əlavə yardımlar ayrılıb. Bununla yanaşı, Azərbaycanın dövlət şirkətləri və humanitar qurumları vasitəsilə Ukraynada məktəblərin, xəstəxanaların və digər vacib obyektlərin ehtiyaclarının qarşılanmasına töhfə verilib. Həm də çoxlu sayda ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib. Beləliklə, Azərbaycan beynəlxalq münasibətlər sistemində humanizm prinsiplərinə əsaslanan siyasət yürüdərək həm neytral mövqeyini qoruyur, həm də ehtiyac duyan tərəflərə humanitar dəstəyini davam etdirir. Bu yanaşma ölkənin xarici siyasətində insan amilinə verilən önəmin bariz nümunəsi kimi çıxış edir.

Azərbaycanın vasitəçilik təcrübəsi yeni sülh imkanları yaradır

“Ukrayna lideri mətbuata bəyanatında çıxışı zamanı Rusiya ilə danışıqlar prosesinin Azərbaycanda da keçirilməsi imkanlarına toxunub. Əlbəttə, ölkəmizin bu istiqamətdə çox yaxşı təcrübəsi var. Azərbaycan vaxtilə bir birinə əks mövqedə olan NATO və Rusiya yüksəksəviyyəli nümayəndə heyətlərinin, İsrail və Suriya nümayəndələrinin görüşlərinə ev sahibliyi edib. Bu baxımdan, Bakı Rusiya-Ukrayna sülh danışıqlarına da uğurla ev sahibliyi edə bilər”, - deyə Samir Vəliyev vurğulayıb.

Beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase bildirib ki, Avropa İttifaqı liderləri cəsarətli addımlar atmaqda və Avropa iqtisadiyyatının Fars körfəzindən gələn neft və qazdan asılılığının kökündə dayanan amilləri dərk etməkdə aciz qaldıqları bir vaxtda, Azərbaycan ilə Ukrayna iqtisadi, mədəni və humanitar müttəfiqliyini gücləndirməkdə davam edir.

Bakı ilə Kiyev arasındakı ikitərəfli tərəfdaşlıq hər iki tərəf üçün unikal imkandır

"Humanitar sahədə Azərbaycan hökuməti Ukrayna xalqına qarşı həddindən artıq səxavətli olub. Belə ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Azərbaycandan Ukraynaya humanitar yardımlar göndərilib.

Dəyəri 1 milyon ABŞ dollarından çox olan bu yük Ukraynanın müharibədən zərər çəkmiş bölgələrində enerji infrastrukturunun bərpasına dəstək olmaq üçün nəzərdə tutulan aşağı gərginlikli panellər, generatorlar, kabellər və naqillər, transformatorlar daxil olmaqla zəruri elektrik avadanlıqlarından ibarət idi.

2022-ci ilin fevralından bəri Azərbaycan tərəfindən Ukraynaya göstərilən ümumi humanitar dəstək 45 milyon ABŞ dollarını keçib.

Ekspert əlavə edib ki, Qəbələyə bu rəsmi səfər Prezident Zelenskinin 2022-ci ildə bəri Cənubi Qafqaza ilk səfəridir.

Müxbir - Elmir Səftərov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb