Azərbaycan üzgüçüləri Gürcüstanda 47 medal qazanıblar
Bakı, 25 mart, AZƏRTAC
Azərbaycan idmançıları Gürcüstanda keçirilmiş üzgüçülük üzrə Kutaisi Açıq Yaz Kubokunda 47 medal qazanıblar.
Üzgüçülük Federasiyasından AZƏRTAC-a bildirilib ki, bunlardan 18-i qızıl, 19-u gümüş, 10-u bürünc mükafatdır.
Yarışda Azərbaycanı 8 üzgüçü təmsil edib.
Milli komandanın heyətində Fərhad Şirməmmədli, Mehri Əbdürəhmanlı və Süleyman İsmayılzadə, eləcə də Anastasiya Qnusina, Arif Tapdıqov, Mehdi Muxtarlı, Safiya Səmədova və Yusif Sofiyev qüvvələrini sınayıblar.
Süleyman İsmayılzadə ümumi kateqoriya üzrə, Fərhad Şirməmmədli isə 2010-cu il təvəllüdlü və daha kiçik yaş üzrə ən yaxşı nəticə göstərərək kuboka layiq görülüblər.
Həmçinin yarış Azərbaycan üzgüçüləri üçün rekord nəticələrlə də əlamətdar olub. Mehri Əbdürəhmanlı 50 metr arxasıüstə üzmə növündə 31.47 saniyə nəticə göstərərək Azərbaycan rekordunu yeniləyib, Süleyman İsmayılzadə isə 400 metr sərbəst üsulda 3:54.70 nəticə ilə yeni ölkə rekorduna imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [15:48]
Azərbaycanın kamandan oxatma millisi İraqda qızıl medal qazanıb
- 29.10.2026 [15:36]
“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək
- 29.10.2026 [13:42]
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
- 29.10.2026 [13:24]
Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır
- 29.10.2026 [12:31]
Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub
- 29.10.2026 [12:23]