Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsində həyata keçirilən layihələr müzakirə olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Vaşinqton şəhərinə işgüzar səfəri çərçivəsində Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkədə makroiqtisadi sabitliyin təmin olunması və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində DB ilə əməkdaşlıqdan məmnunluq bildirilərək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən layihələr müzakirə olunub.
Görüşdə, həmçinin dayanıqlı inkişaf məqsədlərinə dəstək istiqamətində əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]
Bakı Limanında quru yük aşırılması 77 faiz artıb
- 12.06.2026 [16:02]
İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək
- 12.06.2026 [15:50]