Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda ölkələrimiz arasında müdafiə sahəsində həyata keçirilən fəaliyyətlərin gedişatı və ikitərəfli əməkdaşlığın perspektivləri, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il uçun İş Planı”nın layihəsi müzakirə edilib.
Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, eləcə də Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın ölkəmizdəki Hərbi Attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 28.09.2026 [10:58]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [22:28]