Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı Saziş qüvvəyə minib

Azərbaycan və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı Saziş qüvvəyə minib Bakı, 1 sentyabr (AZƏRTAC). 2013-cü il noyabrın 29-da Litvanın paytaxtı Vilnüs şəhərində imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş sentyabrın 1-dən qüvvəyə minib.

Bununla yanaşı, 2014-cü il fevralın 28-də Belçikanın paytaxtı Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş də sentyabrın 1-dən qüvvəyə minib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada məlumat verilir.

Açıqlamada deyilir ki, vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazişin məqsədi Azərbaycan və Avropa İttifaqının üzv dövlətlərinin vətəndaşları üçün qarşılıqlıq prinsipi əsasında vizaların verilməsinin sadələşdirilməsidir. Sadələşdirilmiş viza rejiminin tətbiqi Azərbaycan ilə Avropa İttifaqı arasında bu sahədə əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Readmissiya haqqında saziş isə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Sazişə əsasən aşağıdakı istiqamətlərdə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi nəzərdə tutulur:

I) Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi;

II) Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi;

III) Viza ərizəsinə baxılması müddətinin qısaldılması;

IV) Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi;

Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi

Beş il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizalarının rəsmiləşdirilməsi aşağıdakı kateqoriyadan olan vətəndaşlara tətbiq edilir:

Hər iki tərəfin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar;

Görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri.

Bir il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizaları əvvəlki il ərzində ən azı bir dəfə viza almış və səfər etdikləri dövlətin giriş və qalma qaydalarına uyğun tərzdə ondan istifadə etmiş aşağıdakı kateqoriya vətəndaşlara tətbiq edilir:

Təlim və ya təhsil kursları, eləcə də mübadilə proqramlarında iştirak etmək məqsədilə ilə mütəmadi olaraq səyahət edən tələbələr və doktorantlar;

Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;

Qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları;

Azərbaycan Respublikası və Avropa İttifaqına üzv dövlətlərin əraziləri arasında beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər;

Tibbi məqsədlərlə mütəmadi əsasda səfər etmək ehtiyacı olan şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər;

Beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri;

Mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədilə mütəmadi olaraq səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;

Universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;

Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;

Rəsmi dəvətnaməyə əsasən görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri;

İş adamları və kommersiya təşkilatlarının nümayəndələri.

Bu kateqoriyadan olan şəxslər səfər etdikləri dövlətin giriş və qalma haqqında qanunlarına uyğun tərzdə iki il ərzində bir illik çoxdəfəli vizalardan istifadə etdikləri halda, ən azı iki və ən çoxu beş il etibarlılıq müddəti olmaqla, onlara çoxdəfəli giriş vizaları rəsmiləşdirilə bilər.

Saziş Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsi məsələsini əhatə edir.

Sadalanan bu şəxslər turist məqsədilə deyil, məhz peşəsi və ya üzrlü səbəblərlə (yəni müalicə və ya dəfndə iştirak) əlaqədar səfər etdikləri zamanı sadələşdirilmiş qaydada viza ala biləcəklər.

Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi

Viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avro müəyyən edilib. İştirakçı ölkələr viza rəsmiləşdirilməsi üçün kənar xidmət göstərən yardımçı şirkətlərlə əməkdaşlıq etdikləri halda, bu şirkətlər tərəfindən xidmətlər üçün əlavə ödəniş alına bilər. Bu halda xidmət üzrə ödənişin məbləği 30 avrodan artıq olmamalıdır.

Aşağıdakı kateqoriyalardan olan şəxslərin viza ərizəsinə baxılması rüsumdan azad edilir:

İştirakçı ölkələrin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar, babalar, nənələr və nəvələr;

Rəsmi nümayəndə heyətlərinin üzvləri;

Mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səfər edən şagird, tələbə və onları müşayiət edən müəllimlər və doktorantlar;

Əmək qabiliyyəti olmayan şəxslər və zəruri hallarda onları müşayiət edən şəxslər;

Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;

Universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;

Təcili tibbi müalicə almaq, yaxın qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək kimi hallar daxil olmaqla, humanitar əsasda səfərlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və bu şəxsləri müşayiət edənlər;

Təhsil kursları, seminar və konfranslarda iştirak məqsədilə səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;

Təqaüdçülər;

12 yaşadək olan uşaqlar;

Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət.

Viza ərizəsinə baxılması müddətinin qısaldılması

Viza ərizələrinə baxılması müddəti 10 təqvim gündür. Əlavə araşdırma tələb olunduğu təqdirdə, baxılma müddəti 30 təqvim gününə qədər uzadıla bilər.

Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi

Diplomatik pasporta malik olan şəxslər vizadan azad edilərək, sərbəst, yəni vizasız səfər etmək imkanı əldə edəcəklər.

Sazişin müddəaları Avropa İttifaqının üzv dövlətləri olan Danimarka, Böyük Britaniya və Şimali İrlandiya Krallığı (Birləşmiş Krallıq) və İrlandiya və eləcə də Şengen Sazişinə qoşulmuş İslandiya, Norveç, İsveçrə və Lixtenşteynə münasibətdə tətbiq edilməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO