Azərbaycan və Gürcüstan gənclər siyasəti sahəsində birgə layihələr həyata keçirəcəklər
Tbilisi, 5 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Elm və təhsil, Gənclər və idman komitələrinin sədrlərinin Gürcüstana səfəri zamanı keçirilən görüşlərdə bir sıra vacib qərarlar qəbul olundu. Bu baxımdan səfər çox məhsuldar oldu.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda səfərdə olan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib.
Onun sözlərinə görə, Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə görüşü zamanı həm parlamentlərin müvafiq komitələri, həm də nazirlikləri arasında gənclər siyasəti, elm və təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi barədə məsələlər müzakirə olunmuşdu.
“Gürcüstanda keçirilən görüşlərdə gənclər forumunun, yay düşərgələrinin, tələbə mübadiləsinin, eləcə də gənclər və tələbələr arasında müxtəlif görüşlərin, bilik yarpışmalarının keçirilməsi barədə müvafiq razılıq əldə olundu, qərarlar qəbul edildi. Yaxın vaxtlarda bu istiqamətlərdə müvafiq addımlar atılacaq”, – deyə Arzu Nağıyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]