AZƏRBAYCAN VƏ GÜRCÜSTAN MİLLİ OLİMPİYA KOMİTƏLƏRİ SAZİŞ İMZALAMIŞLAR
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin və Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti Arkadi Patarkatsişvilinin imzaladıqları Saziş idman sahəsində əməkdaşlığın inkişafında qarşılıqlı marağı əks etdirir.
Sənəddə XXIX Pekin Olimpiya Oyunlarına idmançıların hazırlığı ilə bağlı ikitərəfli yarışların, dünya və Avropa çempionatlarının, regional yarışların təşkili, fondların yaradılması və marketinq üzrə fəaliyyətin həyata keçirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulmuşdur.
Tərəflər idman, Olimpiya hərəkatı, informasiya mübadiləsi, elm və texnika sahəsində də qarşılıqlı əməkdaşlıq edəcəklər. Hər iki ölkədə keçirilən ikitərəfli və çoxtərəfli yarışlarda komandaların və idmançıların iştirakı, məşqçilər, idman üzrə həkimlər və idmançıların mübadiləsi sənəddə öz əksini tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]