İQTİSADİYYAT
Azərbaycan və Hindistanın biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub
![](/files/galleryphoto/2023/3/1200x630/1698238447556925508_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982384474131140591_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982384476118150322_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri, Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının həmsədri xanım Anupriya Patel ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla Hindistan arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat-tranzit, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də qarşılıqlı investisiya qoyuluşlarına dair imkanlar diqqətə çatdırılıb.
Tərəflər hər iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıblar.