Azərbaycan və ISDB bulud texnologiyaları üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bakı, 2 mart, AZƏRTAC
Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun (ISDB) prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə aviasiya, dəmir yolu nəqliyyatı və bulud texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Bankın maliyyə dəstəyi ilə həyata keçirilə biləcək prioritet layihələr barədə fikir mübadiləsi aparılıb.