Azərbaycan və Malayziya bankları arasında əməkdaşlıq müzakirə olunub
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Gülər Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyada işgüzar səfərdə olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Gülər Paşayeva ilə Malayziya Mərkəzi Bankının sədr müavini Adnan Zaylani arasında keçirilən görüşdə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Mərkəzi Bankın nümayəndə heyəti, həmçinin Malayziya Mərkəzi Bankı tərəfindən təşkil olunan “Risk dialoqu” tədbirində iştirak edib.
Tədbirdə Risklərin idarə edilməsi departamentinin direktoru Məhəmməd Məhərrəmlinin “Mərkəzi bankların risklərin idarə edilməsi təcrübələri və risk yetkinliyi” mövzusunda təqdimatla çıxışı baş tutub. O, mərkəzi banklarda risk idarəçiliyinin inkişaf dinamikası və qabaqcıl təcrübələr barədə danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]