AZƏRBAYCAN VƏ MOLDOVA YIĞMALARININ GÖRÜŞÜNDƏ HESAB AÇILMAMIŞDIR
Avropa çempionatının seçmə qrup oyunlarına hazırlıq məqsədi daşıyan görüş gərgin idman mübarizəsi şəraitində keçsə də, hesab açılmamışdır (0:0).
Baş məşqçi Şahin Diniyev komandanı oyuna bu heyətdə çıxarmışdı: qapıçı Fərhad Vəliyev, müdafiəçilər Azər Məmmədov, Aftandil Hacıyev, Sergey Sokolov, yarımmüdafiəçilər Aslan Kərimov, Emin İmaməliyev, Elmar Baxşiyev, Ramazan Abbasov, Ceyhun Sultanov, hücumçular Elşən Məmmədov və Fərrux İsmayılov.
Xatırladaq ki, ötən il Bakıda iki ölkənin yığmaları arasında keçirilmiş yoldaşlıq görüşü də heç-heçə (0:0) başa çatmışdı. Futbolçularımız bu ilin sentyabrından qitə çempionatının qrup mərhələsi çərçivəsində olacaq seçmə oyunlara hazırlıqla əlaqədar mart və aprel aylarında Bakıda keçirdiyi iki yoldaşlıq görüşünü də heç-heçə başa vurmuşdular. Azərbaycan-Ukrayna – 0:0, Azərbaycan-Türkiyə - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]