Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN VƏ PAKİSTAN PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

Təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan Prezidenti Pərviz Müşərrəfin geniş tərkibdə görüşü oldu.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV görüşü açaraq dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən Sizi bir daha ürəkdən salamlayıram və “Azərbaycana xoş gəlmisiniz!” deyirəm. Bizim dəvətimizi qəbul edib ölkəmizə səfər etdiyinizə görə Sizə minnətdaram.

Ölkələrimiz arasında münasibətlər çox sürətlə inkişaf edir. Bu bizi çox sevindirir. 1996-cı ildə xalqımızın ümummilli lideri Heydər Əliyev Pakistana rəsmi səfər etmişdir. Həmin səfərdən sonra ölkələrimiz arasında münasibətlər bütün istiqamətlərdə inkişaf etməyə başlamışdır. Bu gün həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələr çox uğurla inkişaf edir. Pakistanla Azərbaycan beynəlxalq aləmdə daim bir-birini dəstəkləyir və bu dəstəyə görə Sizə öz minnətdarlığımı bildirirəm. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinizə görə Sizə minnətdaram.

İqtisadi sahədə əməkdaşlığımızın çox gözəl perspektivləri vardır və biz bunu Sizinlə müzakirə etdik. Hökumətlərarası birgə komissiya çox gözəl işləyir və ümidvaram ki, bu səfərdən sonra iqtisadi sahədə əlaqələrimiz daha da güclənəcəkdir.

Əlbəttə ki, humanitar sahədə əməkdaşlığımız da güclənməlidir. Bizim xalqlarımız bir-birinə böyük hörmət və rəğbətlə yanaşırlar. Əminəm ki, bu səfərdən sonra xalqlarımız arasında olan münasibətlər də durmadan inkişaf edəcəkdir.

Bir daha Sizi salamlayıram, xoş gəlmisiniz deyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu səfərdən sonra Pakistan-Azərbaycan münasibətləri bütün sahələrdə sürətlə inkişaf edəcəkdir.

Səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Pakistan Prezidenti PƏRVİZ MÜŞƏRRƏF dedi:

- Hörmətli Prezident!

Mən də əvvəlcə “Xoş gördük!” demək istəyirəm. Biz Azərbaycana gəlişimizdən çox məmnun olduq.

Cənab Prezident, dəvətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun ki, məni və nümayəndə heyətini Azərbaycana dəvət etdiniz. Biz qardaş ölkədə olmağımızdan çox məmnunuq. Həqiqətən də, burada olmaq bizim üçün böyük başucalığıdır. Azərbaycana gəldiyimiz dəqiqədən burada olan qonaqpərvərliyi və səmimiliyi hiss edirik.

Cənab Prezident, Sizinlə təkbətək görüş zamanı məlum oldu ki, bizim ümumi maraqlarımız çoxdur. Bu maraqlar həm siyasi sahəyə aiddir və müzakirə etdiyimiz bütün məsələlər üzrə biz ümumi məxrəcə gəldik. Hesab edirəm ki, iqtisadi sahədə də bizim ümumi maraqlarımız böyükdür.

Siyasi məsələlər üzrə bizim maraqlarımız üst-üstə düşür. Cənab Prezident, Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyinizə görə Sizə öz minnətdarlığımı bildirirəm. Bəyan etmək istərdim ki, Pakistan hər zaman Azərbaycan xalqı ilə birlikdə olacaqdır, Dağlıq Qarabağ məsələsində Sizin xalqınızın haqlı tələbini və mövqeyini dəstəkləyəcəkdir.

Bir halda ki, bizim ölkələrimiz və xalqlarımız arasında oxşarlıq vardır və tarixi baxımdan eyni köklərə malikdir, mədəniyyətlərimiz çox oxşardır, xalqlarımız eyni dinə qulluq edirlər, hesab edirəm ki, bütün bunlara söykənərək, iqtisadi və ticarət əlaqələrini daha da genişləndirmək, bu sahədə imkanlar axtarıb tapmaq lazımdır.

Müdafiə sahəsində də bizim ümumi maraqlarımız çoxdur. Biz uzun zaman apardığımız araşdırmalardan sonra bu qənaətə gəlmişik və bu sahədə sizə işbirliyi təklif etmək istəyirik. Biz sizin Müdafiə Nazirliyinizin nümayəndə heyətini böyük məmnuniyyətlə Pakistanda qəbul edəcəyik. Onlar bizim ölkədə həm təlim keçə, həm də istehsal olunan hərbi avadanlıqla tanış ola bilərlər.

İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Hər şeydən əvvəl, düşünürəm ki, neft və qaz sahəsində işbirliyi üçün böyük potensial vardır. Biz burada birgə müəssisələr aça bilərik və Pakistan neftçiləri sizin neftçilərin zəngin təcrübəsindən faydalana bilərlər. İqtisadiyyatın digər sahələrində də imkanlar olduqca genişdir. Bizim maliyyə, bank sahələrində zəngin təcrübəmiz vardır. Bu qurumları təmsil edən şəxslər mənim nümayəndə heyətimə daxildirlər. Eyni zamanda, bizim sığorta sahəsində də geniş təcrübəmiz vardır. Biz sizə toxuculuq sahəsində işbirliyi təklif edə bilərik. Bilirik ki, Azərbaycan pambıq istehsal edən ölkədir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Pakistanda bu sahədə özəl sektor olduqca yaxşı inkişaf etmişdir. İnformasiya texnologiyaları və telekommunikasiya sahəsində də böyük təcrübəmiz vardır və bu sahədə də sizə əməkdaşlıq təklif edirik.

Sonda diqqətinizə çatdırmaq istəyirəm ki, müasir dövrdə, XXI əsrdə heç bir dövlət informasiya sahəsində mübadilə olmadan inkişaf edə bilməz. Ona görə də biz sizə elm sahəsində də təcrübə mübadiləsi təklif etmək istəyirik və bu, bizim xalqlarımızın inkişafına xidmət edəcəkdir. Onu da əlavə edim ki, biz beş nəfərin Pakistana gələrək bank və maliyyə sahəsində təhsil almaları üçün şərait yaratmağa hazırıq. Eyni zamanda, informasiya və kommunikasiya sahəsində biz sizin tələbələrin Pakistanda təhsil alması üçün 10 yer ayırmağa hazırıq.

Müdafiə sahəsində də sizin mütəxəssislər Pakistana gələ bilər və orada təcrübə keçə bilərlər. Bununla da biz əməkdaşlığımızı daha da möhkəmləndirərik.

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb