Azərbaycan və Polşa arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Bakı, 7 may (AZƏRTAC). Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən AZƏRTAC-a bildimişlər ki, nazirin birinci müavini Vaqif Əliyev ilə keçirilmiş görüşdə Azərbaycan və Polşa arasında əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, ikitərəfli mədəni təmasların artırılmasının, əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanmışdır.
Söhbət əsnasında ikitərəfli əlaqələrin tarixinə toxunan səfir XIX əsrin sonlarında Zaqatala qalasına və qala ətrafında mövcud olan Zaqatala şəhərinə sürgün olunmuş polyaklar tərəfindən tikilmiş kilsədə və şəhər qalasında memorial-xatirə lövhələrinin qoyulmasını təklif etmişdir. Vaqif Əliyev isə öz növbəsində bu məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.
Nazirin birinci müavini Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğundan tapılmış və 150 ildən çox yaşı olan polyak dilində yazı lövhəsindən söz açmışdır. Bu məlumat qarşı tərəfin çox böyük marağına səbəb olmuşdur.
Görüşün sonunda səfir Mixal Labenda ölkələrimiz arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]