AZƏRBAYCAN VƏ RUSİYA ENERGETİKLƏRİ II DƏRBƏND-YAŞMA XƏTTİNİN TİKİNTİSİ BARƏDƏ RAZILIĞA GƏLMİŞLƏR
“Azərenerji” ASC-nin ictimaiyyət və mətbuatla əlaqələr xidmətindən bildirmişlər ki, “YES Rossii” Səhmdar Cəmiyyəti ilə “Azərenerji” ASC-nin energetikləri arasında danışıqların nəticəsi olaraq, 330 kilovattlıq II Dərbənd-Yaşma xəttinin layihələşdirilməsi və tikintisinin məqsədəuyğunluğu barədə protokol imzalanmışdır.
Tərəflər qeyd etmişlər ki, ikinci xəttin tikintisi paralel işin etibarlılığını və sabitliyini artıraraq, Rusiyadan Azərbaycana, sonralar digər qonşu ölkələrə elektrik enerjisi verilməsinin həcmini çoxaltmağa imkan yaradacaqdır.
Rusiya və Azərbaycanın energetika sahəsində fəaliyyət göstərən ET institutlarına dörd ay müddətində adı çəkilən layihənin texniki - iqtisadi əsaslandırılmasını hazırlamaq tapşırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:26]
Misin qiyməti rekord göstəriciyə çatır
- 22.09.2026 [15:42]