Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Rusiya Xalqlar Dostluğu Klubunun fəalları rusiyalı ekspertlərlə görüşüblər

Bakı, 12 noyabr, AZƏRTAC

Cənubi Qafqaz bir ildir ki, yeni reallıqlar mühitində yaşayır və bu reallıqların regiona dayanıqlı sülh ilə bərabər, dinamik iqtisadi inkişaf gətirəcəyinə böyük inam var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər noyabrın 12-də Azərbaycan və Rusiya Xalqlar Dostluğu Klubu çərçivəsində klubun fəalları ilə Rusiya Federasiyasından gələn nümayəndələrin görüşündə səslənib.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko və Liberal-Demokrat Partiyasından (LDP) olan Dövlət Dumasının deputatı, parlamentin müdafiə və digər məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov və başqalarından ibarət nümayəndə heyətinin klub üzvləri ilə "Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətləri" mövzusunda apardıqları söhbətdə suallara geniş və əhatəli cavablar verilib.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində keçirilən görüşü Rusiyadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov açıb.

Qonaqlara ilk sual Azərbaycanda rus dilinə münasibət barədə olub. Sualı cavablandıran Aleksey Juravlyov deyib: “Mən Bakıda ilk dəfə keçən ilin fevralında oldum və demək olar, diqqətimi cəlb edən məsələ rast gəldiyim gənc və orta yaşlı insanlarla ilkin təmasda rus dilində danışması idi. Onlar o dərəcədə səlis danışırlar ki, bu, mənim üçün təəccüblü idi. Bu, həm də ona görə mənə təəccüblü gəldi ki, belə hallarla müxtəlif yerlərdə, dövlət təşkilatlarında və sosial obyektlərdə rastlaşırdıq. Bu, Azərbaycanda rus dilinə dövlət səviyyəsində yüksək münasibətin göstəricisidir”.

Həmin sualı Rusiyanın Əməkdar həkimi, 2014-2019-cu illərdə Rusiya Federasiya Şurası sədrinin müavini Lyudmila Kozlova isə belə cavablandırıb: “Bakıda oxşar münasibəti hər yerdə və hər təmasımız zamanı görürük. Sevindirici hal odur ki, bu münasibət ancaq orta yaşlı və yaxud ahıl insanlarda deyil, gənc nəsildə də müşahidə edilir”.

“Yeni reallıqlar şəraitində Azərbaycan-Rusiya münasibətlərini necə görürsünüz” sualına cavab verən Sergey Markov deyib ki, Rusiya bölgədə dayanıqlı sülhün bərqərar olmasında maraqlıdır. Bunun üçün rəsmi Moskva Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiya proseslərinin tezliklə başlanmasını və sona çatmasını vacib hesab edir. Politoloqun fikrincə, bu, iki dövlət arasında sülh müqaviləsinin imzalanmasını tezləşdirəcək, qarşılıqlı münasibətləri daha da intensivləşdirəcək: “Azərbaycan-Türkiyə, Azərbaycan-İran, Azərbaycan ərazisindən keçməklə Rusiya-Ermənistan arasında yolların açılmasını istəyirik və bu istiqamətdə işlər görülür”.

Bundan əlavə, Rusiya ilə Azərbaycan arasında mədəniyyət, elm, neft-kimya sənayesi, energetika sahəsində əməkdaşlığın intensivləşməsinin zəruriliyini vurğulayan Sergey Markov bu sahələrdə yeni formatın işə düşməsinin zəruriliyini qeyd edib. “Dünyadakı enerji böhranı göstərir ki, Azərbaycan və Rusiya bu sahədə əməkdaşlığın yeni fazasına qədəm basmalıdır. Bir sözlə, iki ölkə arasında strateji əməkdaşlığa çağıran xeyli ortaq maraqlar var”, - deyə o vurğulayıb.

Aleksey Juravlyov İkinci Dünya müharibəsindəki qələbədə Azərbaycanın böyük rolundan danışıb: “Bakı neftinin oynadığı rol heç nə ilə müqayisə oluna bilməz. Sovet Azərbaycanı, onun potensialı qazanılan qələbədə böyük amil idi. Biz Azərbaycanda İkinci Dünya müharibəsi qəhrəmanlarına, onların xatirəsinə, abidələrinə dərin hörmətin şahidi oluruq”.

“Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko son illər faşizm və onun atributlarına münasibətin Ermənistanda kəskin hal aldığını qeyd edib: “Ermənistanda nasist cinayətkarların qəhrəmanlaşdırılması, onlara abidələrin qoyulması tendensiyasını müşahidə edirik. Bu baxımdan nasist cinayətkarlarından olan, sovet hərbi tribunalı tərəfindən barəsində ölüm hökmü verilən, ölüm hökmünün ləğv olunması səbəbindən güllələnməyən Qaregin Njdenin qəhrəman kimi təqdim edilməsinin şahidi olduq”. Korotçenko Njdenin əsir düşən Qızıl Ordu əsgərlərinin güllələnməsində şəxsən iştirak etdiyini, sovet hökumətinin əleyhinə etnik ermənilərdən ibarət diversant dəstələr yaratdığını bildirib.

Baş redaktor Azərbaycanın işğal olunmuş ərazilərinin xaraba qoyulmasını, hər şeyin dağıldılmasını Ermənistanda faşizm meyillərinin nəticəsi kimi dəyərləndirib. “Bunlar, Ermənistanda faşizm atributlarının dirçəldilməsinə cəhdlərin, hərbi cinayətkarların qəhrəmanlaşdırılmasının nəticələridir. Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük cəsarət, siyasi müdriklik və prinsipiallıq göstərərək belə hallara qarşı çıxan ilk siyasətçilərdən oldu. Biz Prezident İlham Əliyevlə həmrəyliyimizi bir daha bildirir və deyirik ki, Ermənistanda hərbi cinayətkarların qəhrəmanlaşdırılması İkinci Dünya müharibəsində həlak olan 27 milyon insanın xatirəsinə hörmətsizlikdir. Rusiya Prezidenti Vladimir Putin də bu məsələdə eyni mövqeyi nümayiş etdirib”, - deyə o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-ffda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib