AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTAN PREZİDENTLƏRİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişaf perspektivləri və bu prosesin fəallaşmasında dövlət başçılarının görüşlərinin rolu vurğulandı. Türkmənistanın dövlət başçısının Azərbaycana bu rəsmi səfərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirildi.
Prezidentlər beynəlxalq həyat və regional əməkdaşlıqla bağlı məsələləri də müzakirə etdilər.
######
