AZƏRBAYCAN VƏ UKRAYNA PREZİDENTLƏRİNİN ALİ DÖVLƏT MÜKAFATLARI İLƏ TƏLTİF EDİLMƏSİ MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, mayın 22-də Kiyevdə, “Qorodetski Evi”ndə Azərbaycan və Ukrayna prezidentlərinin ali dövlət mükafatları ilə qarşılıqlı təltif edilməsi mərasimi olmuşdur. Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdiyi mühüm şəxsi töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynanın ən yüksək ordeni olan I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni ilə təltif olunması haqqında Ukrayna Prezidentinin Fərmanı oxundu.
Ukrayna Prezidenti Viktor Yuşşenko ordeni Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra Ukrayna Prezidenti Viktor Yuşşenkonun ölkəmizin ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxundu.
Azərbaycan Prezidenti İlham Əliyev ordeni Ukrayna Prezidenti Viktor Yuşşenkoya təqdim etdi.
######
![]() |
![]() |
![]() |


