Azərbaycan və Ukrayna yığmaları arasında yoldaşlıq oyunu keçirilib
Bakı, 4 mart, AZƏRTAC
Bakı Olimpiya stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları arasında yoldaşlıq oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb.
Xatırladaq ki, bu komandalar arasında martın 1-də keçirilmiş yoldaşlıq oyunu da Ukrayna yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.