Azərbaycan voleybolçusu: Avropa çempionatının təsnifat mərhələsində rəqiblərimizdən üstün olmağa çalışacağıq
Bakı, 15 avqust, AZƏRTAC
Belçika və Avstriya yığmaları ilə qarşılaşmalarda gözəl oyunla qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin blokçusu Mərdan Məmmədov Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq barədə danışarkən deyib.
O, yarışa hazırlıqlarının yaxşı keçdiyini bildirib: “Bir neçə gün sonra Avropa çempionatının təsnifat mərhələsində ilk oyunumuz olacaq. Ötən həftə Tbilisidə təlim-məşq toplanışında olduq. Orada Gürcüstan yığması ilə bir neçə yoxlama oyunu keçirdik və qələbə qazandıq. Komandada əhvali-ruhiyyə yaxşıdır. Rəqiblərimizi analiz edirik. Avstriya millisi güclü kollektivdir. Belçika seçməsi ilə də Qızıl Avropa Liqasında qarşılaşmışdıq və rəqib qalib gəlmişdi. Bu dəfə çalışacağıq ki, biz daha üstün olaq”.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə avqustun 17-də başlayacaq. Milli komanda ilk oyununu səfərdə Avstriya yığmasına qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]