Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü İsrail Dövlətində qeyd edilib

Bakı, 29 may, AZƏRTAC

İsrailin Netaniya şəhərindəki Mədəniyyət evi mayın 28-də əslən Azərbaycandan olanların həqiqi azərbaycançılıq və həmrəylik ocağına çevrilib. Mədəniyyət evində Azərbaycanda doğulub boya-başa çatan insanlar üçün əsl bayram əhval-ruhiyyəsi hökm sürüb. Bu yaxınlarda yaradılmış “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının kollektivi tamaşaçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş təntənəli bayram proqramı təqdim edib.

Əvvəlcə Azərbaycanın və İsrailin dövlət himnləri səslənib. “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri, rejissor Səadət Şükürova ilk demokratik Cümhuriyyətin bütün müsəlman Şərqində və müasir müstəqil Azərbaycanın tarixində böyük tarixi əhəmiyyətindən danışıb.

İsrailin beynəlxalq münasibətlər sahəsində tanınmış eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut müsəlman dünyası ölkələri arasında demokratik hakimiyyət təsisatları olan ilk parlamentli respublika kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi üzərində ətraflı dayanaraq deyib: “Müsəlman Şərqində ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın qədim dövlətçilik ənənələrini qoruyub saxlayaraq, müasir dövrə xas dövlət təsisatları yaratmağa nail olub. Milli parlamentarizmin təşəkkülü tarixi Azərbaycan parlamentinin 1918-ci il dekabrın 7-də keçirilən birinci iclasından başlayır. Birinci qərarı ilə milliyyətindən, dini etiqadından, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaradılması son dərəcə mürəkkəb vəziyyətdə elan edilib. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılara və İsraildə yaşayan Azərbaycandan gəlmələrə çox əzizdir. Bu gün Azərbaycan əsl sivilizasiyalararası dialoq örnəyidir. Mənə istər müsəlman, istərsə də xristian olsun, daha bir ölkə göstərin ki, orada Prezidentin və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi mərkəzi inşa edilsin. Zənnimcə, siz sadəcə onu tapmayacaqsınız”.

Türkiyənin İsraildəki müvəqqəti işlər vəkili Doğan İşıq İsraildəki Azərbaycan icmasını təbrik edərək deyib: “Mən çox fəxr edirəm ki, bu gün burada - İsraildə, Respublika Günü münasibətilə bu təntənəli mərasimdəyəm. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin və geniş əməkdaşlığın böyük tarixi var. Lakin bu münasibətlərin ən əhəmiyyətli hissəsi Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi dövrünə təsadüf edir. Türkiyə ordusu məhz Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdə Azərbaycan paytaxtını daşnaklardan və bolşeviklərdən azad edib. Azərbaycanın XX əsrin sonunda dövlət müstəqilliyi uğrunda mübarizə aparmasına ən güclü dəstək Türkiyədən gəlib. Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra onu müstəqil dövlət kimi tanıyan ilk dövlət Türkiyə olub”.

Akko şəhərinin (İsraildə ən çoxsaylı Azərbaycandan gəlmə yəhudi icması burada yaşayır) Azərbaycandan olan dağ yəhudiləri icmasının başçısı Şirin Nexamiya Mixaeli bildirib ki, İsrail Dövləti 20 minlik yəhudi icmasına səmimi və mehriban münasibət bəslənməsində Azərbaycan rəhbərliyinin rolunu yüksək qiymətləndirir. O deyib: “Azərbaycanda antisemitizm yoxdur və heç vaxt da olmayıb. Biz, əslən Azərbaycandan olanlar bu tolerantlıq və multikulturalizm amili ilə həmişə fəxr etmişik. Burada Qırmızı Qəsəbəni xatırlamaq yerinə düşər. Qırmızı Qəsəbə dünyada İsraildən sonra bəlkə də yeganə yerdir ki, burada 5 min yəhudi yığcam yaşayır, Azərbaycan xalqının tolerantlığına gözəl nümunədir və Azərbaycandan gəlmə yəhudilər üçün qürur mənbəyidir”. Şirin Nexamiya Mixaeli Akko şəhərinin meri Şimon Lankri və Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) prezidenti German Zaxaryayevin adından Azərbaycan rəhbərliyini və xalqını bu əlamətdar tarixi bayram - Respublika Günü münasibəti ilə təbrik edib.

Rejissor Səadət Şükürova Azərbaycan xalqının tolerantlığı barədə fikri dəstəkləyərək, Şuşanın müdafiəsi zamanı qəhrəmancaslına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov haqqında sənədli kadrlar təqdim edib. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərin xatirəsini anıblar.

Albert Aqarunovun qardaşı Rantik Aqarunov qardaşının xatirəsinin əziz tutulmasına görə təşəkkür edərək deyib ki, Albert Qarabağdakı qanlı hadisələri öz dərdi və faciəsi kimi qəbul edib. R.Aqarunov vurğulayıb: “Bu, onun torpağı idi. O, həmişə mənə deyirdi: “Bu, mənim milli borcumdur. Mən Vətənimi müdafiə etməyə gedirəm”. Öz Vətəni isə yalnız Azərbaycanı sayırdı”.

İsrail və Azərbaycan yaziçılar ittifaqlarının üzvü, şair Vaqif Əliyev İsraildə Respublika Gününün bayram edilməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Respublika Günü dərin məna və məzmunu ilə seçilir, Azərbaycan dövlətçiliyinin tarixi əhəmiyyətini əks etdirir. Məhz buna görə biz bu gün bu böyük bayramı açıq ürəklə, müstəqil Azərbaycan Respublikasının gələcəyi naminə ümdə arzu və diləklərlə qeyd edirik. Bu gün bura gəlib bu günlərdə yaradılmış “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasını, onun gənc aktyorlarını - Sara, Sadıq və Fuad Mirzəyevləri, Aynur, İlkin, Nurlan və Vüsalə Hidayətovları, Könül Əliyevanı, Araz Mirzəyevi, Əli Əliyevi, Eldar və Nuranə Babayevləri, Rəşid Vəliyevi, habelə yorulmaz səylərinə və təşkilatçılıq istedadına görə bədii rəhbər Səadət Şükürovanı dəstəkləyən hər kəsə “Çox sağ ol” demək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı həqiqi oğul və qızlarını tanımalıdır. Siz həqiqi vətənpərvərsiniz, çünki Azərbaycan Xalq Cümhuriyyətinin 97 illiyinə həsr olunmuş bu gecə ən yüksək milli səviyyədə, Azərbaycana layiq şəkildə keçirilib”. Şair V.Əliyev çıxışını Azərbaycan bayrağı haqqında şeiri ilə bitirib.

Çıxışlardan sonra təntənəli gecənin iştirakçılarına birinci Avropa Oyunları haqqında məlumat verilib, Avropa Oyunları haqqında videoklip nümayiş etdirilib. Tədbir Azərbaycan tarixini və mədəniyyətini, müstəqilliyi bərpa olunan vaxtdan əldə olunmuş uğurları əks etdirən filmin nümayişi ilə davam edib.

Qonaqlar “Odlar Yurdu” teatr truppasının ifasında Azərbaycan xalq musiqisini dinləyib, rəqslərə tamaşa ediblər. Onlar zəngin Azərbaycan mətbəxinin yeməklərinin dadına baxıblar. Bayram gecəsindən ayrılan qonaqlar bildiriblər ki, Respublika Günü münasibətilə bayram tədbiri yüksək səviyyədə keçib və onlara elə gəlib ki, doğma və sevimli Azərbaycandadırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

Girnədə batan gəmi ilə bağlı genişmiqyaslı istintaq və axtarış işləri davam edir

İslandiya Aİ-yə üzvlük danışıqlarının bərpasını rədd edib

Praqada trolleybus nəqliyyatının 90 illiyi qeyd olunur

Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub

Premyer Liqa: "Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub edib

Bu saata olan əsas xəbərlər

Macarıstanda quruyan gölün dibindən yüzlərlə köhnə təkər aşkar edilib

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti mərhələsi Lerikdə təşkil olunub

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Norveç kral V Haraldla vidalaşır VİDEO

Norveç kral V Haraldla vidalaşır VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırıb: 30 gəmi saxlanılıb

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub

Azərbaycanlı itkinlərin taleyi BMT tribunasından yenidən gündəmə gətiriləcək - Umud Mirzəyev

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Şimali Kipr sahillərində baş verən bərə qəzasında 7 nəfər ölüb

Vətən səmasında son uçuş: itkin şəhidin ailəsi hələ də onun yolunu gözləyir

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Şimali Kipr sahillərində batan bərədə azərbaycanlıların da olması ehtimal edilir

Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan bərə batıb

Çexiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

İslandiya əhalisi Aİ-yə üzvlük danışıqlarının bərpasının əleyhinə səs verib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Stavropolda avtobusun iştirakı ilə baş verən yol qəzasında altı nəfər həlak olub

Bu saata olan əsas xəbərlər

Xəbər agentlikləri Qırğızıstanda MDB ölkələrinin turizm potensialına informasiya dəstəyi məsələlərini müzakirə ediblər

Cəlilabadda ev yanıb

İsveçrədə musiqi festivalında silahlı insident baş verib, xəsarət alanlar var

Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür

Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib

Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

Rusiyanın Xabarovsk vilayətində ərazilər suyun altında qalıb

Nigerdə vəziyyət stabilləşib

Türkiyədə güclü yağış fəsadlar törədib

Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Türkiyə XİN Nigerdə tərəfləri təmkinli olmağa çağırıb

Media: Netanyahunun oğlu sui-qəsd təhlükəsi ilə əlaqədar ABŞ-dən təxliyə edilib

Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Rusiyada sərnişin gəmisi saya oturub

Media: ABŞ ərzaq böhranı ilə üzləşə bilər

Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib

Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb

Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb

Zəngilanda təhsil işçilərinin sentyabr konfransı

Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Finlandiyada polis tərəfindən güc tətbiq edilməsi hallarının sayı artır

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

Bu saata olan əsas xəbərlər

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi

Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb

“Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Türk dünyasında yeni mərhələnin əsasını qoyur - ŞƏRH

“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İqtisadiyyat İnstitutu Lütfi Zadənin elmi irsinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Nepalda təbii fəlakət nəticəsində itkin düşən Ukrayna vətəndaşlarının sayı 64 nəfərə çatıb

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO