Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırır
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Konvensiya ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək.