AZƏRBAYCAN YIĞMASI AVROPA BİRİNCİLİYİNDƏ ÇIXIŞINI DAYANDIRDI
Bakı, 12 yanvar (AZƏRTAC). Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandası Avropa birinciliyində mübarizəni dayandırmışdır.
Yığma komandamız son iki görüşdə Fransa (3:1) və Portuqaliya (3:2) komandalarına qalib gəlməsinə baxmayaraq qrupdan çıxa bilməmişdir. Səbəb isə Slovakiya və Türkiyə komandalarının son iki görüşdə rəqiblərini böyük hesabla məğlub etmələridir. Azərbaycan yığması Slovakiya və Türkiyə yığmaları ilə eyni 9 xal toplamasına baxmayaraq, setlərin əmsalında geri qalaraq üçüncü yeri tutmuşdur. Əsasnaməyə görə, növbəti mərhələyə qrupda ilk iki yeri tutmuş komandalar vəsiqə qazanırlar.
Qeyd edək ki, Azərbaycan yığmasının növbəti mərhələyə çıxmaq şansı yüksək dəyərləndirilsə də, Türkiyə millisinin Slovakiya milli kollektivinə gözlənilmədən məğlub olması (0:3) bu imkanın reallaşmasına əngəl yaratdı. Beləliklə, 5 oyundan 4-də qalib gəlməsinə baxmayaraq, Azərbaycan voleybolçuları Avropa birinciliyində mübarizəni dayandırmalı oldular.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]