AZƏRBAYCAN YUNESKO-NUN ALİ ORQANINA ÜZV SEÇİLMİŞDİR
Ümumi iclaslardan sonra oktyabrın 11-dən etibarən Baş Konfransın beş əsas istiqamətini əhatə edən komissiyalar öz işinə başlamışdır. Konfransda fəal iştirak edən ölkəmiz müxtəlif məsələlər üzrə birinci və kommunikasiya sahələrini əhatə edən beşinci komissiyalara, həmçinin qurumun Hüquq Komitəsinə üzv seçilmişdir.
Təşkilatın ali orqanı hesab edilən İcraiyyə Şurasına üzvlüklə bağlı oktyabrın 14-də keçirilmiş seçkilərdə, ikinci qrupdan namizədliyi irəli sürülmüş Azərbaycan səsvermənin nəticələrinə görə, növbəti dörd il müddətinə bu orqana üzv seçilmişdir.
Bu beynəlxalq təşkilata üzv olan 199 dövlət arasından ölkəmizin qurumun ali orqanı İcraiyyə Şurasına, habelə iki komissiyaya və Hüquq Komitəsinə üzv seçilməsi beynəlxalq aləmdə onun imicinin və nüfuzunun getdikcə artmasından və ona göstərilən etimaddan xəbər verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]