Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycana qarşı böhtan və qarayaxmalar heç bir əhəmiyyət kəsb etmir

Azərbaycana qarşı böhtan və qarayaxmalar heç bir əhəmiyyət kəsb etmir

Bakı, 14 oktyabr, AZƏRTAC

Qırx dörd günlük İkinci Qarabağ münaqişəsi 30 illik işğal, həmçinin müharibə dövrünün reallıqlarına aydınlıq gətirməklə yanaşı, perspektivlərin müəyyənləşdirilməsinə, yeni əməkdaşlıq formatlarının yaranmasına yol açdı. Bu baxımdan ki, 30 ildə işğalçı Ermənistana və ona havadarlıq edən supergüclərə “sirr”, amma ədaləti və beynəlxalq hüququ dəstəkləyən dövlətlərə bəlli olan məqamlar bir daha işıq üzü gördü, münaqişənin həlli prosesinin uzanmasının səbəbləri açıqlandı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-lərə müsahibələrinin hər biri bu reallıqların təbliğində əhəmiyyətli rol oynadı. Ən əsası, Prezident İlham Əliyev diplomatik şəkildə, təmkin nümayiş etdirərək, bir çox hallarda qərəzi özündə ehtiva edən sualları cavablandırmaqla Azərbaycanın haqlı olduğunu, mövqeyinin ədalətə və beynəlxalq hüquqa əsaslandığını konkret faktlarla ortaya qoydu. Həmin dövrdə dövlət başçısı İlham Əliyevin müsahibələri sırasında İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi də diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin müharibə dövründə “La Repubblica” qəzetinə müsahibəsi ilə bu il oktyabrın 13-də sözügedən nəşrdə yer alan müsahibəsini müqayisə etdikdə fərqli məqamları görməmək mümkün deyil. Çünki münaqişə artıq tarixə qovuşub, postmüharibə dövrünün reallıqlarını yaşayırıq. Hazırda diqqət göstərilən əsas məsələ işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, bu ərazilərə investisiyaların yatırılmasına yaradılan şərait geniş müzakirə mövzusudur. Digər bir tərəfdən isə bu ərazilərə investisiya yatıran xarici şirkətlər arasında İtaliyaya da məxsus olanlar var. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqamı xüsusi qeyd etmişdir ki, İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. Bu, təsadüfi deyil. Prezident İlham Əliyev Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyini bildirmişdi. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər, Memorial, İşğal muzeylərinin yaradılmasında iştirak edir. Bütün bunlar artıq iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti son zamanlar İranla əlaqələrdə narahatlıq doğuran məqamlara, eyni zamanda, Qərbin qərəzli mövqeyinə Prezident İlham Əliyevin münasibətinə yönəldərək deyib: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, dövlətimizin xarici siyasəti çox açıq, şəffaf, sabit və müstəqildir. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. “Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir” deyən dövlətimizin başçısı bir daha anti-Azərbaycan dairələrə lazım olan mesajları çatdırdı”.

YAP Xətai rayon təşkilatının sədri bu reallığı da qeyd edib ki, İkinci Qarabağ müharibəsində Qələbəmiz bir çox dairələri narahat etdi: “Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirdilər. İndi isə Azərbaycanın diktə edən tərəf kimi çıxış etməsi təbii ki, həmin dövlətlərdə qısqanclıq hissi yaratmaya bilməzdi. Nəzərə alsaq ki, həmin dövlətlərin işğalçı Ermənistana böyük sevgiləri vardır, bu nöqteyi-nəzərdən Ermənistanı məğlub görmək istəməyən dairələrə Zəfərimiz böyük zərbədir. Azərbaycan 30 ilin işğalına 44 gündə son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməklə özünün hərbi qüdrətini və yenilməz siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycan Zəfərdən sonra bəzi ermənipərəst Qərb dairələri tərəfindən qarayaxma kampaniyası ilə qarşılaşacağını da bilirdi. Çünki zaman-zaman belə kampaniyalar aparılıb və hər dəfə Azərbaycanın reallıqlarının fonunda iflasa uğrayıb. Dövlətimizin başçısı İlham Əliyevin “La Repubblica” qəzetinə müsahibəsində yer alan “Bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur” bəyanatı ölkəmizə, dövlət başçısına qarşı qərəzli mövqe nümayiş etdirən, əsassız fikirlər səsləndirən dairələrə tutarlı cavabdır”.

V.Rəhimzadə belə bir ümumiləşdirməni də aparıb ki, daim siyasətində müstəqil olan, istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə münasibətlər quran, dövlət maraqlarını və xalqın iradəsini öndə saxlayan Azərbaycan 44 gündə tarixi Qələbəsi ilə ədalətə deyil, maraqlara üstünlük verən və bu səbəbdən də yanlış yol tutaraq qərəzli addımlar atan dövlətlərə əsl həqiqəti diktə edir. “Bu gün maraqları naminə Ermənistana sevgi nümayiş etdirən dövlətlər Azərbaycanın Vətən müharibəsinin getdiyi vaxtlarda təzyiqlərə baxmayaraq savaşı sonadək davam etdirib təcavüzkarı kapitulyasiya aktına imza atmağa məcbur etdiyini unutmasınlar. Bu mesaj hazırda da öz aktuallığını qoruyur: Dəmir yumruq yerindədir. İstər Ermənistan, istərsə də ona havadarlıq edən dövlətlər Azərbaycana qarşı belə yanlış addımlardan çəkinməli, həqiqəti ortaya qoymaqla ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanmasına, münasibətlərdə yeni səhifənin açılmasına dəstək olmalıdırlar. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, sülh təklifi masa üzərində əbədi qala bilməz”, - deyə Vüqar Rəhimzadə qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır