Azərbaycanda “buster” doza ilə peyvənd olunanların sayı 900 mini keçib
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Azərbaycanda 40 min 314 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 125, “buster” doza ilə peyvənd olunanların sayı isə 30 min 8 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 567 min 919, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 83 min 530, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 573 min 36 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 911 min 353 nəfər təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]