AZƏRBAYCANDA ƏMTƏƏ DÖVRİYYƏSİ ARTMIŞDIR
Cari ilin ilk ayında hüquqi və fiziki şəxslər tərəfindən ölkə əhalisinə 1 trilyon 445,2 milyard mantlıq istehlak malları satılmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, malların çeşidi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çox olmuşdur. Məhsulların 21,4 faizi hüquqi şəxslər tərəfindən, 31,3 faizi yarmarkalarda, 11,4 faizi kənd təsərrüfatı məhsulları bazarlarında, 35,9 faizi isə digər yerlərdə satılmışdır.