CƏMİYYƏT
Azərbaycanda ilk dəfə olaraq Gənc Ailə Forumu keçirilib YENİLƏNİB VİDEO
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycanda ilk dəfə olaraq Gənc Ailə Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Forum "Ailə - dəyişməyən dəyərimiz" mövzusuna həsr olunub.
Forumun ilk hissəsi ailə dəyərli ilə bağlı hüquq, psixologiya, turizm, sosial siyasət və digər mövzuları əhatələyən 6 müxtəlif paneldən ibarət olub.
Panellərdə aidiyyəti sahələr üzrə 20 mütəxəssis və respublikanın müxtəlif bölgələrindən dəvət olunan 90-dan çox gənc ailə iştirak edib.
Panellərdə gün ərzində aktual məsələlərlə bağlı müzakirələr aparılıb, suallar, rəylər və təkliflər qeydə alınıb.
Forumun ikinci hissəsində müxtəlif dövlət qurumlarından rəsmi şəxslər iştirak ediblər.
Gənc ailələr tərəfindən ünvanlanan qeydə alınmış suallar Forumun rəsmi hissəsində hökumət nümayəndələri tərəfindən cavablandırılıb.
Sonra iştirak edən ailələrə Komitə tərəfindən sertifikatlar təqdim edilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Qeyd edək ki, Forumun keçirilməsində əsas məqsəd yeniləşən Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda, müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsi olub.