AZƏRBAYCANDA İLK SƏNAYE ŞƏHƏRCİYİNİN SALINMASI PLANLAŞDIRILIR
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, yaxın vaxtlarda Azərbaycanda ilk sənaye şəhərciyinin salınması planlaşdırılır. Sənaye şəhərciyi biznesin inkişafına, kiçik və orta müəssisələr arasında kooperasiya əlaqələrinin genişlənməsinə, müasir sənaye infrastrukturunun formalaşmasına, idxalı əvəz edən məhsul istehsalının artırılmasına, istehlak bazarında rəqabət mühitini inkişaf etdirməklə, qiymətlərin sabitləşməsinə və yeni iş yerlərinin açılmasına kömək edəcəkdir. O, gələcəkdə xüsusi iqtisadi zonanın yaradılması üçün də əlverişli baza ola bilər.