AZƏRBAYCANDA KEÇİRİLƏCƏK DÜNYA ÇEMPİONATINDA MİN BEŞ YÜZDƏN ÇOX İDMANÇININ İŞTİRAKI GÖZLƏNİLİR
AZƏRTAC xəbər verir ki, avqustun 17-də “Novosti” Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Güləş Federasiyasının baş katibi Cavid Qurbanov kişi və qadınlar arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla əlaqədar mətbuat konfransı keçirmişdir.
Cavid Qurbanov bildirmişdir ki, dünya çempionatına hazırlıqla bağlı texniki məsələlərin həlli başa çatmaq üzrədir və yarışın keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksində təmir işləri yekunlaşmaqdadır.
Baş katib bu günədək çempionatda 67 ölkədən 1200 idmançının iştirakının təsdiqləndiyini və bu siyahının daha da artacağını qeyd etmişdir. Ümumilikdə, dünya çempionatında 1500-dən çox idmançının iştirak edəcəyi gözlənilir.
Hər çəki dərəcəsi üzrə 8 idmançının Pekin Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəyini vurğulayan C.Qurbanov bildirmişdir ki, Azərbaycan komandası ilk dəfə bu nüfuzlu yarışda geniş heyətlə təmsil olunacaqdır.
Sentyabrın 17-də saat 15:30-da dünya çempionatının təntənəli açılış mərasimi olacaqdır. Həmin gün yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Elçin Cəfərovun rəhbərliyi ilə ilk olaraq döşək üzərinə Avropa çempionları Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq) və Olimpiya çempionu Fərid Mansurov (66 kq) çıxacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]