Azərbaycanda kommersiya qurumlarının sayı 6,6 faiz artıb
Bakı, 10 sentyabr, AZƏRTAC
2026-cı il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 722 min 227 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı 5,8 faiz artıb.
Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 212 min 668 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz çoxdur.
2026-cı ilin avqust ayında 1114 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 85,4 faizi yerli investisiyalı, 14,6 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 79,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-avqust aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.
2026-cı ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]