Azərbaycanda Liditse küçəsinin açılışı olacaq
Praqa, 28 iyun (AZƏRTAC). Azər-Çex Cəmiyyətinin məlumatına görə, 2010-cü ildə imzalanmış memoranduma görə, Çexiyanın Liditse şəhərində Xocalı və Azərbaycanın Xocalı qəsəbəsində Liditse küçələri açılacaqdır. Bu məqsədlə Azərbaycanın Goranboy rayonunda, Xocalı köçkünləri məskunlaşmış qəsəbədə iyulun 8-də Liditse küçəsinin təntənəli açılış mərasimi keçiriləcəkdir. Tədbirdə Çexiyanın Azərbaycandakı səfiri Radek Matula, Azərbaycan Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin Goranboy və Xocalı rayonları icra hakimiyyəti başçıları iştirak edəcəklər. Çexiyada fəaliyyət göstərən diasporumuzu iyulun 5-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III qurultayında təmsil etmək üçün təşkilatın sədri Elşən Nəzərov və Liditse Xatirə Kompleksinin nümayəndəsi Vladimir Kovaçik Azərbaycana səfərə gələcəklər. Qurultaydan sonra isə onlar Liditse küçəsinin açılışında iştirak edəcəklər.
Xatırladaq ki, Çexiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı bu təkliflə ilk dəfə 2007-ci ildə çıxış etmişdir. Erməni faşistlərinin məhv etdiyi Xocalı şəhəri ilə Liditse tale baxımından bir-birinə çox bənzəyirlər. Liditse şəhəri də 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan olunmuş, əhalisi isə məhv edilmişdir. 1992-ci ildə Xocalıda 83, 1942-ci ildə Liditsedə isə 82 uşaq qətlə yetirilmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]