AZƏRBAYCANDA MEYVƏÇİLİYİN İNKİŞAFI ƏSAS VƏZİFƏLƏRDƏNDİR
Bakı, 11 avqust (AZƏRTAC). Azərbaycanda meyvəçiliyin inkişaf etdirilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir. Aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, bazarın tələbinə uyğun məhsul istehsalının artırılması, əhalinin mühüm ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün ciddi struktur dəyişiklikləri baş vermişdir. Belə ki, son illər meyvəçilikdə ağır zəhmət tələb edən işlər mexanikləşdirilmiş, meyvə bağları elmi prinsiplər əsasında salınmışdır. Köhnə bağların iri, az məhsuldar meyvə ağacları bol məhsul verən palmet sortları ilə əvəzlənmişdir. Hər hektarda əkilən ağacların sayı artırılmış, xəstəlik və ziyanvericilərə qarşı mübarizə genişləndirilmişdir. Meyvə qənnadı və yeyinti sənayesi üçün də xammal olduğundan hazırda meyvələrin emalı üçün respublikada onlarla konserv zavodu fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]