Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda özəlləşdirmə prosesi daha mühüm və strateji mərhələyə qədəm qoyub

Azərbaycanda özəlləşdirmə prosesi daha mühüm və strateji mərhələyə qədəm qoyub

Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən infrastruktur müəssisələrinin dövlətsizləşdirilməsinə ehtiyatlı və tarazlı yanaşma tətbiq olunur

Bakı, 21 noyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov əmlak idarəçiliyi, əmlakın qeydiyyatı, daşınmaz əmlakın elektron kadastr uçotu ilə bağlı proseslər, yeni ünvanvermə konsepsiyasının reallaşdırılması, dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik .

- Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada əsas hədəflər hansılardır?

- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda əmlak idarəçiliyi sahəsində də bir çox irəliləyişlər və müasir idarəetmə mexanizmləri tətbiq edilir. Ölkə rəhbərliyinin imzaladığı müvafiq qərarlarla fəaliyyət sahələrimiz genişlənib. Bu gün komitənin fəaliyyəti dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi sahələri ilə yanaşı, həmçinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrının və ünvan reyestrinin aparılması, Azərbaycanda torpaqların idarə olunması kimi mühüm istiqamətləri də əhatə edir.

Təbii ki, bu sahədə də müasir dövrün tələbləri nəzərə alınmaqla müxtəlif istiqamətlərdə innovativ layihələr reallaşdırılır, əmlak idarəçiliyinin modernləşdirilməsi istiqamətində tədbirlər görülür. Bu baxımdan qeyd etmək istərdim ki, komitə əmlak idarəçiliyi sahəsinin yeni çağırışlara uyğun inkişafını təmin etmək üçün 7 strateji hədəf müəyyənləşdirib: Dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi; özəlləşdirmənin tam elektronlaşdırılması və şəffaflıq; əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması; torpaqların elektron kadastr uçotunun yaradılması və sistemli idarə edilməsi; torpaqlardan səmərəli istifadə edilməsində Peyk Nəzarət Sisteminin tətbiqi; bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası; müasir kadr potensialına əsaslanan çevik idarəetmə.

Fəaliyyətimizdə tətbiq olunacaq bütün yeniliklərin hazırlanması, sistemli şəkildə idarə edilməsi planlı olaraq reallaşdırılır. Komitə tərəfindən Dünya Bankının ekspertlərinin tövsiyələri və rəyləri nəzərə alınmaqla, 5 illik Strategiya Planı hazırlanıb. Strategiya planında komitənin bütün fəaliyyət istiqamətləri əhatə olunmaqla 5 illik inkişaf hədəfləri müəyyən edilib və hər ilin sonunda növbəti il üçün qarşıda duran yeni hədəflərə uyğun olaraq yenilənir. Planda, həmçinin Strateji Yol Xəritələrində komitəyə aid nəzərdə tutulan tədbirlərə də xüsusi önəm verilir. Təsadüfi deyil ki, “özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi” Strateji Yol Xəritələrində qeyd olunmuş 4 qlobal strateji hədəfdən biri kimi müəyyənləşdirilib. Komitə hazırda bu sahədə aidiyyəti üzrə zəruri addımlar atır. Ümumiyyətlə, həm komitənin 5 illik planında, həm də Strateji Yol Xəritələrində bütün xidmət sahələrinin müasir standartlara əsasən qurulması və vətəndaş məmnunluğuna yönəldilməsi qarşıya əsas hədəf kimi qoyulub.

- Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olundu. Digər sahələrlə yanaşı, ölkəmiz əmlakın qeydiyyatı sahəsində də ön sıralarda qərarlaşıb. Bu uğurun əsasında, ilk növbədə, hansı amillər dayanır?

- Əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan ötən illə müqayisədə daha 4 pillə irəliləyərək 190 ölkə arasında 17-ci yerdə qərarlaşıb. Hesabatda da qeyd olunduğu kimi, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə dünyanın və MDB-nin əksər ölkələrindən irəlidədir.

Azərbaycanda əmlakın qeydiyyatı prosesi Avropa üzrə ümumi göstəricidən 4 dəfə daha sürətlidir. 30 ballıq şkala ilə qiymətləndirilən torpaq idarəetmə sisteminin keyfiyyət göstəricisinə görə isə ölkəmiz 17,5 bal toplayıb. Bu, onu göstərir ki, ölkəmizdə bu sahədə infrastrukturun etibarlılığı, məlumatların şəffaflığı təmin edilib, coğrafi əhatə dairəsi genişləndirilib, torpaq mübahisələrinin həlli mexanizmləri təkmilləşdirilib və əmlaka sahibolma imkanları artırılıb.

“Doing Business 2019” hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər əmlakın qeydiyyatının sadələşdirilməsinin, vətəndaş amilinin gücləndirilməsi, o cümlədən sosial kampaniyaların keçirilməsi, intensiv elektronlaşmanın tətbiq edilməsinin nəticəsidir.

- Daşınmaz əmlakın qeydiyyatı sisteminin müasir dövrün tələblərinə uyğun qurulması, bu sahədə əlçatanlığın artırılması ilə bağlı komitə hansı nəticələr əldə edib?

- Ölkəmizdə daşınmaz əmlak sahəsindəki canlanma bilavasitə qeydiyyat xidmətlərinə olan marağı artırır. Nəticədə vətəndaşlar bu sahədəki xidmətlərdən daha çox istifadə edirlər. Biz də bunu nəzərə alaraq istəyirik ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üzrə xidmətlər insanlarımız üçün tam əlçatan olsun. Əlçatanlığın təmin olunması üçün isə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilir, innovativ üsullar tətbiq olunur. Hədəfimiz vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında olması prinsipinin reallaşdırılmasıdır. Komitənin fəaliyyəti ilə bağlı təqdim edilən elektron xidmətlərin 26-sı məhz bu sahəyə aiddir və həmin amala xidmət edir.

Daşınmaz əmlakın qeydiyyatı ölkəmizdə köklü yeniləşmə dövrünə qədəm qoyub. Əmlak çıxarışlarının verilmə müddəti azaldılıb. Artıq vətəndaşlar əmlakları üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışı bir iş günü müddətində ala bilirlər. Yeniliklərdən biri də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanıdır. Məsələn, əvvəllər çıxarış yalnız kağızda verilirdi. Bu gün isə hüquq sahibinin istəyindən asılı olaraq çıxarış ona ya kağızda, ya da “Elektron hökumət” portalı vasitəsilə elektron formatda təqdim olunur. Artıq daşınmaz əmlakla bağlı təkrar bazarda bütün iqtisadi əməliyyatlar tam elektronlaşdırılıb. Yəni yalnız notariuslarda bütün əməliyyatları həyata keçirmək mümkündür. Daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada əvvəlcədən məlumat verən “Əmlakın qeydiyyatı kalkulyatoru” vətəndaşların işini xeyli sadələşdirib. Hazırda çoxmərtəbəli yaşayış binasından mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə bilirlər. Əhalinin işini sadələşdirən yeniliklərdən biri olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti alınan mənzillərin qiymətinin əvvəlcədən bazar dəyərlərinə uyğun onlayn rejimdə öyrənmək imkanı yaradır.

Dövlətimizin başçısının təşəbbüsü ilə qeydiyyatın sadələşdirilməsi, əlçatanlığın təmin edilməsi üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib, qeydiyyat üçün tələb olunan sənədlərin arealı genişləndirilib. Belə ki, dəyişikliklər sırasında fərdi yaşayış evlərinin qeydiyyatının sadələşdirilməsi, əvvəllər qeydiyyat üçün əsas hesab edilməyən aktların, qərarların hüquqi qüvvəyə minməsi bu sahədə dinamikliyi artırıb. Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosesini optimallaşdırmaq, vətəndaş məmnunluğunu təmin etmək üçün respublikanın bütün bölgələrində sosial aksiyalar təşkil edilir. Çıxarışları vətəndaşlara ünvanlarında təqdim etmək üçün “Kütləvi çıxarış” kampaniyaları keçirilir. Həmçinin bu ildən qeydiyyatı vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial layihəyə də start verilib.

- Torpaq münasibətlərini tənzimləməyə imkan verən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi yaradılır. Daşınmaz əmlakın elektron kadastr uçotu ilə bağlı proseslər bu gün hansı məcrada inkişaf edir?

- Hazırda ölkə üzrə bütün torpaqların həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri dəqiqləşdirilir. Bu isə unikal layihələrdən olan torpaqların elektron kadastr uçotu işləri nəticəsində reallaşır. Torpaq idarəçiliyində mühüm layihələrdən olan elektron kadastr uçotu sayəsində ölkədə torpaq fondunun idarə edilməsi elmi əsaslarla aparılır, torpaq balansı dəqiqləşir. Bundan başqa, regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, dövlət nəzarəti müasir dövrün prinsiplərinə uyğunlaşır. Eyni zamanda, torpaqların münbitlik dərəcəsi öyrənilir, aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul etmək imkanı yaranır. Bu işlər nəticəsində torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə olunur. Mülkiyyətçilərin sahib olduğu torpaqdan əlavə ərazini qanunsuz olaraq istifadə etmələri aradan qaldırılır. Artıq real nəticələr də var. 27 rayonda torpaqların kadastr uçotu işləri tamamlanıb. Kadastr uçotu yekunlaşmış 16 rayonda görülən işlərin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatı keçirilib, formalaşmış məlumat bazası praktiki istifadə üçün yerli icra hakimiyyətlərinin istifadəsinə verilib. Həmin bölgələrdə kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.

Qeyd edim ki, Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə də xəritələr tərtib olunub. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşıb. Təqribən 2,5 milyon hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, 2 milyon hektara yaxın ərazidə isə çöl geobotaniki tədqiqatı işləri aparılıb.

Paralel olaraq, torpağın keyfiyyət göstəriciləri də öyrənilərək, toplanmış məlumatlar elektron bazaya daxil edilir. Yay otlaqlarının geobotanik, torpaqların eroziya xəritələri tərtib edilir ki, bu xəritələr vasitəsilə də ərazilərin münbitliyi, torpaqların isə şorlaşmaya məruz qalması öyrənilir. Torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması da ərazilərin kənd təsərrüfatı sahəsində istifadəsini səmərəli edir.

Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklər vasitəsilə toplanan məlumatlardan istifadə olunur.

- Torpaq istifadəçiliyi ilə bağlı dövlət nə kimi işlər görür, bu sahədə hansı metodlardan istifadə edilir?

- Bəzi vətəndaşlar tərəfindən torpaqlar bilərəkdən və ya bilmədən təyinatı üzrə istifadə olunmur. Məsələn, torpaqların məqsədli təyinatı dəyişdirilir, kənd təsərrüfatına yararlı torpaqlarda və ya mühafizə zolaqlarında əsaslı tikintilər aparılır, özbaşına hasarlamalara yol verilir. Yaşayış evi, sosial, iaşə və istirahət obyektləri tikilir, süni göllər yaradılır. Mühafizə zonaları, mühafizə zolaqları ilə bağlı hüquqi tələblərə riayət olunmur. Bilirsiniz ki, torpaqların təyinatına zidd istifadəsi həmin torpaq sahələrinin münbitliyinə və yararlılığına mənfi təsir göstərir və gələcəkdə müəyyən zərərlərə səbəb ola bilir. Belə halların olmaması üçün aparılan monitorinqlərin xüsusi rolu var. Bu monitorinqlər zamanı torpaq qanunvericiliyi ilə müəyyən olunan tələblərin pozulması faktları araşdırılır. Torpaqların təyinatına zidd istifadəsi halları aşkar olunaraq, aradan qaldırılır. Təbii ki, qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir. Həmin mülkiyyətçilər İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən komitənin torpaq müfəttişləri tərəfindən cərimələnir, bununla bağlı akt və protokollar tərtib olunur.

Tətbiq olunan bu sanksiyaların əsas məqsədi insanlara ən sadə qaydaları daha tez aşılamaqdır: onların mülkiyyətində, istifadəsində olan torpaq və ya digər əmlak yalnız sənədlərində göstərilən təyinat üzrə istifadə olunmalıdır. Örüş üçün ayrılan torpaqda əkin, əkin üçün ayrılan torpaqda ev və ya kommersiya obyekti inşa etməyə qanun yol vermir.

Nəzarət tədbirlərinin effektiv aparılması üçün yeni texnoloji nailiyyətlərdən də istifadə edilir. Hazırda torpaqların səmərəli istifadəsinə Peyk Nəzarət Sistemi qurulur. Sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişiklikləri zamanında aşkar etməyə, qeyri-qanuni tikintilərin aparılması hallarını həmin ünvana getmədən, məsafədən müəyyənləşdirməyə imkan verir və beləliklə, torpaq ehtiyatlarının daha çox işçi qüvvəsi cəlb edilmədən səmərəli mühafizəsi təmin olunur.

Qeyd edim ki, aparılan monitorinqlər nəticəsində illərdir hasarlanan, becərilməyən kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən dövriyyəyə qaytarılır. Belə ki, 44 rayonun ərazisində səmərəsiz istifadə olunan 300 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib. Bu gün həmin torpaqlarda taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır. Beləliklə, bu torpaqlar yenidən gəlir mənbəyinə çevrilir, son nəticədə ölkədə aqrar sahənin inkişafına təkan verir.

Bundan başqa, tədbirlərin təhlillərinə əsasən aşkar olunur ki, bir sıra hallarda torpaqlar fiziki və hüquqi şəxslərə istifadə və icarəyə verildikdə müvafiq qanunvericiliyin tələbləri pozulur. Başqa sözlə, Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan müvafiq icra hakimiyyəti orqanı tərəfindən fiziki və hüquqi şəxslərə istifadə və icarə məqsədilə torpaqlar ayrılır. Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli Fərmanına uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında aparılır. İcarəyə verilən bu kateqoriyadan olan torpaqların mühafizəsi, münbitliyinin qorunması, icarədarlar tərəfindən səmərəli istifadəsi komitənin diqqət mərkəzindədir.

- Əmlak idarəçiliyinin mühüm işlərindən biri yeni ünvanvermə konsepsiyasının reallaşdırılmasıdır. Ölkəmizdə ünvanvermə işi necə aparılır və bu sahədə edilən dəyişiklik vətəndaşa nə kimi fayda verir?

- Ünvan işinin aparılması 2009-cu ildən komitəyə həvalə edilib. Biz bu işin icrasına başlayarkən, ilk növbədə, ünvan işinin həmin illər üçün mövcud vəziyyəti təhlil edildi, xarici mütəxəssislər dəvət olundu, bizim əməkdaşlarımız xaricə göndərildi, qabaqcıl Avropa ölkələrinin ünvan təcrübəsi öyrənildi. Bundan sonra normativ-hüquqi aktlar qəbul olundu, Ünvanvermənin Standartları, Qaydaları işlənildi, Ünvan Reyestri İnformasiya Sisteminin proqram təminatı hazırlandı. Nəticədə respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanıb, ünvanların elektron idarə edilməsinə nail olunub. Ünvan xəritəsindən çıxarış, obyektlərə ünvan verilməsi işi elektronlaşdırılıb. Həmçinin ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb.

Sistem müasir dövrün tələblərinə uyğun olaraq yaradılıb. Bu informasiya bazasında 25 mindən çox küçə və prospektin adları yer alıb. Bəzi dağlıq ərazilərin relyefi, onların coğrafi yerləşməsi yeni ünvanvermə tələblərinə uyğun olmadığından bu sahədə çətinliklər yaranır. Ancaq həmin məkanların da Ünvan Reyestri İnformasiya Sisteminə inteqrasiyası təmin ediləcək.

Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası” tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu işlər elə qurulur ki, onun məlumatları yaşından, intellektual səviyyəsindən, peşəsindən asılı olmayaraq, bütün insanlar üçün rahat olsun.

Birinci mərhələdə şəhər və rayon mərkəzlərində yeni qaydalara uyğun ünvantəyinetmə işini icra edirik. İkinci mərhələdə isə, ölkəmizin ünvan tarixində ilk dəfə olaraq, kəndlərimizdə də ünvan işinin aparılmasını planlaşdırmışıq və artıq bu işə başlamışıq. Yeni ünvan konsepsiyasının məlumatları əsasında ölkədə ilk dəfə olaraq “AzNAV” milli naviqasiya sistemi qurulub və əhali tərəfindən aktiv istifadə olunur.

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə ölkə üzrə Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması işinə hazırlıq görülür. Torpaqların uçotu işi və ünvan məlumatları bu infrastrukturun formalaşdırılması üçün bazisdir. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması həm dövlətin, həm də vətəndaşların məkanla bağlı bütün zəruri məlumatları operativ şəkildə vahid bir platformadan əldə etməsinə şərait yaradacaq.

- Prezident dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi sahəsində müasir dövrün tələblərinə uyğun yeni mexanizmlərin və optimal üsulların tətbiqi ilə bağlı tapşırıqlar verib. Yeni yanaşmalar və baş verən müsbət dəyişikliklər barədə nə deyə bilərsiniz?

- Əmlak Məsələləri Dövlət Komitəsinin elan etdiyi əsas hədəflərdən biri dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması sahəsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqidir və bu sahədə hazırda mühüm tədbirlər reallaşdırılır.

Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla, iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Müasir yanaşma və standartların tətbiq edildiyi bazanın yaradılması zamanı beynəlxalq təcrübə öyrənilib, effektiv araşdırmalar aparılıb. Bu strukturda kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Həmin məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb-platforma yaradılıb. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Hazırda bazada 20-dən çox dövlət müəssisəsinin məlumatları yerləşdirilib.

Azərbaycanda özəlləşdirmə prosesi artıq 23 ildir ki, uğurla davam etdirilir. Hazırda həyata keçirilən özəlləşdirmə prosesində gözlənilən kəmiyyət dəyişiklikləri ilə yanaşı, əsaslı keyfiyyət dəyişiklikləri baş verib, proses faktiki olaraq, növbəti, daha mühüm və strateji mərhələyə qədəm qoyub. Özəlləşdirmə prosesinə yeni nəfəs gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla Nazirlər Kabineti tərəfindən 300-dən çox yeni dövlət müəssisə və obyekti özəlləşdirməyə açıq elan edilib. Həmin müəssisələr sırasında maşınqayırma (xüsusən neft maşınqayırması), kənd təsərrüfatı (o cümlədən balıqçılıq), səhiyyə, təhsil, mədəniyyət, turizm, xidmət və bəzi digər sahələrə aid müəssisə və obyektlər var. Ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur müəssisələrinin dövlətsizləşdirilməsinə daha ehtiyatlı və tarazlı yanaşma tətbiq olunduğu üçün, hazırda onların yalnız qeyri-profil təyinatlı müəssisələri özəlləşdirməyə açılıb.

Bu genişmiqyaslı tədbirlər nəticəsində sovet dövründən qalan müəssisələrin fəaliyyəti yenidən bərpa edilir. Özəlləşdirilmə nəticəsində belə müəssisələrə investisiya cəlb olunub, müasir avadanlıqlarla təchiz edilib, istehsal gücü artırılıb. Həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda, bununla xarici bazarlara çıxış imkanı artır. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyətə başlaması regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir. Bu gün də ölkədə uğurla fəaliyyət göstərən bir çox müəssisələrə, o cümlədən iri müəssisələrə diqqət yetirsək görərik ki, əksəriyyəti vaxtilə özəlləşdirilmiş müəssisələrdir. Belə müəssisələrə iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, rabitə, nəqliyyat və digər sahələrdə rast gəlmək olar.

Artıq ölkəmizdə özəlləşdirilmə sahəsində prosedurların elektron üsullarla aparılması, hərracların elektron müstəviyə keçməsi və özəlləşmə barədə onlayn xidmətlərin təşkil edilməsi təmin edilib. Özəlləşməni müasirləşdirən elektron hərracın tətbiqi ilə dövlət əmlakına sahib olmaq yeni format əsasında aparılır. “Məsafədən özəlləşdir” devizi ilə fəaliyyət göstərən sistem hərracları investorların kompüterlərinə, planşetlərinə gətirilib. Sərmayəçilər hərrac günü heç bir yerə getmədən sifariş etdiyi əmlakı internet resursları vasitəsilə onlayn olaraq özəlləşdirə bilərlər.

Özəlləşdirmə prosesinin təbliği və bu zaman şəffaflığın təmin olunması məqsədilə bir sıra beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla “Özəlləşdirmə Portalı” yaradılıb. Özəlləşdirmə prosesinə maraq göstərən bütün investorları maraqlandıran məlumatlar həmin elektron portal vasitəsilə geniş ictimaiyyətə və işgüzar dairələrə açıqlanır. Həmçinin komitə tərəfindən hər il “Özəlləşdirmə gündəliyi” hazırlanır. Burada özəlləşdirməyə çıxarılan müəssisələrin adları, onlar barədə məlumatlar “Özəlləşdirmə portalında” yerləşdirilir. Portal istifadəçilərinin sayı artıq 2 milyonu ötüb.

Tətbiqinə başlanılmış yeniliklərdən biri də dövlət əmlakının qiymətləndirilməsinin mövcud bazar qiymətinə uyğun həyata keçirilməsidir. Hazırda özəlləşdirilən bütün iri müəssisələr nüfuzlu məsləhətçi şirkətlər cəlb olunmaqla beynəlxalq norma və standartlara uyğun qiymətləndirilir, müsabiqələrin şərtləri və bəzi digər zəruri məlumatlar onların tövsiyələri nəzərə alınmaqla hazırlanır. Ölkəmizdə dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsi ilə yanaşı, digər ən çox tətbiq olunan üsullardan biri də investisiya müsabiqələri vasitəsilə özəlləşdirmədir. Bu üsul əsasən orta və iri müəssisələrin, müxtəlif strateji müəssisələrin, xidmət sahələrinin özəlləşdirilməsində tətbiq edilir.

İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirmədə alıcılardan həmin müəssisənin gələcək inkişafı ilə bağlı İnvestisiya Proqramı tələb olunur. İnvestisiya Proqramında müəssisənin fəaliyyətinin bərpa olunması, rəqabətədavamlı ixrac qabiliyyətli məhsul istehsalı, yeni iş yerlərinin açılması kimi məsələlər öz əksini tapır. Hazırkı mərhələdə özəlləşdirmə prosesinə xarici investorların cəlb edilməsi qarşımızda duran vacib məqsədlərdən biri olduğu üçün dünyada tanınan bir çox investisiya fondlarına, kommersiya və investisiya banklarına, habelə xarici şirkətlərə özəlləşdirmədə iştiraka dair dəvət məktubları göndərilib, onlara özəlləşdirmə prosesi haqqında məlumatlar verilib.

- Bu yaxınlarda Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə və özəl sektorun inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupunun 5-ci iclası, özəlləşdirmə qurumları rəhbərlərinin isə 6-cı iclası keçirildi. Tədbir hansı məqsədə xidmət edirdi, gələcəkdə nə kimi faydaları olacaq?

- Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Süleymanpur, Türkiyənin, İranın, Əfqanıstanın, Qırğızıstanın özəlləşmə qurumlarının rəhbərləri, təşkilata üzv olan 10 ölkənin yüksəksəviyyəli nümayəndələri və həmin dövlətlərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Tədbirin əsas məqsədi özəlləşdirmə sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsi, əməkdaşlığın inkişaf etdirilməsi, investisiyaların cəlb olunması idi. İclas, həmçinin hər bir iştirakçı üçün ölkələrimizin hazırkı inkişafı ilə bağlı daha geniş və faydalı məlumatlar əldə etməsinə imkan verdi. Eyni zamanda, bu sahənin perspektivliyinin artırılması ilə bağlı beynəlxalq təcrübədə istifadə edilən müasir modellər, mexanizmlər müzakirə edildi, maraqlı ideyalar irəli sürüldü.

Düşünürəm ki, tədbir yeni mərhələyə keçid edən özəlləşmə sahəsinin daha da inkişaf etməsinə, bu sahənin ölkələrin iqtisadi göstəricilərindəki yerinin dayanıqlı olmasına şərait yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib