Azərbaycanda pambıq mahlıcına dair yeni dövlət standartları qəbul edilib
Bakı, 31 yanvar, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 965:2024(O’z DSt 3295:2018) “Pambıq mahlıcı. Təsnifat cihazlarının köməyi ilə pambıq mahlıcının fiziki-mexaniki xassələrinin müəyyən olunması üçün standart sınaq metodları”, AZS 969:2025 (O’z DSt 632:2021) “Pambıq mahlıcı. Qüsur və zibil qarışıqlarının müəyyən olunma metodları” və AZS 154:2025 “Pambıq mahlıcı. Yetişkənliyin müəyyən edilmə metodları” dövlət standartları qəbul edilib.
AZƏRTAC AZSTAND-ın yaydığı məlumata istinadən xəbər verir ki, bu dövlət standartları pambıq mahlıcının təsnifat cihazlarından istifadə etməklə rəng, tullantı, mikroneyr göstəricisi, yuxarı orta uzunluq, uzunluğa görə bərabərlik indeksi, xüsusi qırılma yükü, pambıq analizatorlarında qüsur və zibil qarışıqlarının kütlə payı, eləcə də pambığın sınağı üçün standartlaşdırılmış alətlərdə (SITC) nepslər (düyünlər), o cümlədən polyarizasiya işığında və nümunənin havakeçirmə qabiliyyətinə görə yetişkənlik əmsalının müəyyənləşdirilməsi metodlarını təyin edir.
Sözügedən standartlar Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bazasında təsis olunmuş “Pambıqçılıq sənayesi”nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 38) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]