AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİDEMOKRATİYA YOLUNDA BİR MÜHÜM MƏRHƏLƏDİR
Seçicilərin 47 faizə qədərinin iştirakı və Azərbaycanın 14 illik müstəqillik tarixində ilk dəfə tətbiq olunan bir sıra yeniliklərlə keçirilən bu seçkilər keçmişin metod və təcrübələrindən qətiyyətli uzaqlaşmanı bir daha təsdiq etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 11 may və 25 oktyabr tarixli Sərəncamlarının əhəmiyyətli dərəcədə təkmilləşdirdiyi möhkəm qanunvericilik bazası ilə bu seçkiləri, ölkədə ilk dəfə tətbiq olunan seçici vəsiqələrinin istifadəsi, seçici siyahılarının dərc edilməsi, təkrar səsvermənin qarşısının alınması məqsədi ilə seçicilərinin barmaqlarının mürəkkəblə işarələnməsi, müstəqil “exit-poll”arın keçirilməsi, xaricdən maliyyələşən bəzi yerli QHT-lər üzərindən seçkilərin müşahidəsi ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi və sair təkmil demokratik mahiyyətə malik bir sıra yeniliklər seçkiöncəsi və seçki günü əməli fəaliyyəti səciyyələndirmişdir.
Hökumətin atdığı təşviqedici addımlara, həmçinin müxalifət və iqtidar partiyalarına bərabər şəraitdə ictimai yürüşlərin keçirilməsinə icazə verilməsi, bütün namizədlərə onların baxışları və siyasi mənsubiyyətindən asılı olmayaraq həm ödənişsiz, həm də ödənişli efir vaxtının təmin edilməsi, prosesə istənilən müdaxiləyə qarşı yerli icra hakimiyyəti orqanlarının xəbərdar olunması da daxil idi və bu da 2000-ə yaxın namizədin qeydiyyatdan keçməsinə imkan verən şəffaflıq və ədalət mühitinin yaradılması ilə nəticələnmişdir.
Seçicilər 1500 beynəlxalq və 17 minə yaxın yerli müşahidəçi tərəfindən izlənilmiş seçkilərdə öz iradələrini azad və demokratiya şəraitində ifadə etmişlər. Bu da hazırda Azərbaycanın hökumət qurumları tərəfindən müvafiq qaydada araşdırılaraq haqqında məlumat verilmiş bəzi pozuntu hallarına baxmayaraq, Seçkiləri Beynəlxalq Müşahidə Missiyasının müşahidəçilərinin də göstərdiyi kimi, əvvəlki seçkilərlə müqayisədə təkmilləşməni nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 7-də bəyan etdiyi kimi “müşahidəçilərin rəyi müvafiq qaydada nəzərə alınacaq, ilkin hesabatda əks olunan məqamlar ciddi şəkildə təhlil ediləcək və təsirli tədbirlər görüləcəkdir”.
Seçkilərin nəticələri ümumilikdə müstəqil rəy sorğuları ilə üst-üstə düşür və ölkənin demokratik transformasiyasının davam etdirilməsi üçün möhkəm əsası genişləndirir.
Azərbaycan Hökuməti, qarşıda duran məsələlərin tam həlli istiqamətində səylərinin beynəlxalq ictimaiyyət tərəfindən vaxtında yardım və ekspertiza ilə dəstəklənəcəyinə ümid edir.