Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar yaradılıb

Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar yaradılıb

Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovun AZƏRTAC-a müsahibəsi

Bakı, 10 fevral, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına dair bu günlərdə keçirilmiş onlayn mətbuat konfransında bir çox məsələlərlə yanaşı, ölkədə siyasi partiyaların fəaliyyətinə dair məsələlərə də toxunulub. Bununla bağlı müxbirimiz nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovdan müsahibə alıb. Müsahibəni təqdim edirik.

- İlqar müəllim, istərdik ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış siyasi partiyaların fəaliyyəti ilə bağlı fikirlərinizi öyrənək. Bu barədə məlumat oxucularımız üçün maraqlı olardı.

- Bildirmək istərdim ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycanda mütərəqqi dünya təcrübəsinə əsaslanaraq sərbəst siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. Bu da çoxsaylı siyasi partiyaların yaranması ilə müşayiət olunur. Ötən dövrdə müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 62 siyasi partiyanın, o cümlədən keçən il 7-sinin dövlət qeydiyyatına alınması ölkəmizdə siyasi plüralizmin və çoxpartiyalı sistemin inkişafının əyani təzahürüdür.

Qeyd olunmalıdır ki, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması, partiyalararası dialoqun genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm prioritetlərindən olmaqla, hazırda bu sahədə önəmli islahatlar həyata keçirilir.

Siyasi sistemin inkişafı baxımından 2020-ci il uğurlu il kimi səciyyələndirilməlidir. Belə ki, fevral ayında ölkəmizdə azad və demokratik şəraitdə Milli Məclisə seçkilər keçirilərək çoxpartiyalı yeni parlament formalaşıb, müxtəlif partiyaların nümayəndələri Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunublar. Əlbəttə ki, bu, siyasi mədəniyyətin, siyasi qüvvələr arasında əməkdaşlığın növbəti bariz nümunəsidir.

Eyni zamanda, siyasi partiyalar dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək siyasi dialoqa qoşulublar. Artıq deyə bilərik ki, ölkəmizdə demokratik ənənələrin formalaşmasına xidmət edən bu təcrübə şaxələnir. Prezident Administrasiyasında partiya nümayəndələri ilə mütəmadi görüşlər keçirilərək cəmiyyəti düşündürən məsələlərin açıq şəkildə müzakirə olunması ölkənin hərtərəfli inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Zəfər ili kimi yadda qalan 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan və xalqımızın Böyük Qələbəsi ilə nəticələnən Vətən müharibəsində siyasi partiyalar bir araya gələrək Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandana öz dəstəklərini ifadə edib, ölkəmizdə yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər.

Qeyd olunmalıdır ki, siyasi partiyaların tam əksəriyyəti bu gün respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, dövlət siyasətinin aktual məsələlərinə dair mövqe bildirir, ictimai təşəbbüslərlə çıxış edirlər.

Lakin partiyaların bəziləri uzun müddətdir praktiki olaraq tam fəaliyyətsizdir, siyasi arenada görünmür, qanunvericiliklə üzərinə düşən vəzifələri yerinə yetirmirlər.

Halbuki bu gün Azərbaycanın siyasi palitrasında təmsil olunan bütün partiyaların normal fəaliyyəti üçün geniş imkanlar mövcuddur - qərargahla, texniki avadanlıqla təmin olunurlar, mətbu orqanlara malikdirlər, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, kütləvi tədbirlər təşkil edir, seçki proseslərinə qatılırlar və s.

- Belə qənaətə gəlmək olar ki, faktiki fəaliyyətsiz olan həmin partiyaların sadəcə adları var, özləri yoxdur. Bu halda onlar nə üçün fəaliyyətlərinə xitam vermirlər. Ümumiyyətlə, belə təşəbbüslə çıxış edən olubmu?

- Elədir. Artıq uzun müddətdir tam fəaliyyətsiz olan partiyalar var ki, onların adları müvafiq reyestrdə olsa belə, əslində, mövcud deyillər. Buna misal olaraq 1990-cı illərin əvvəllərində yaradılmış Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist partiyalarının adlarını çəkmək olar.

Həmçinin elələri var ki, rəhbərləri, habelə bir çox üzvləri vəfat edib və ya partiya sıralarını tərk ediblər. Yaxud partiyanın üzvü kimi qeyd olunan şəxslər bundan məlumatsızdırlar, eləcə də həmin təşkilatlar qeydiyyata alınmış hüquqi ünvanlarda mövcud deyillər.

Partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, habelə digər qanunlarla tənzimlənir və qanunvericilikdə onların hüquq və vəzifələri təsbit olunub.

Təəssüf ki, qeyd olunan partiyalar qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri icra etmirlər: qurultaylar keçirmir, idarəetmə orqanlarını formalaşdırmır, maliyyə hesabatlarını vaxtında və ya ümumiyyətlə, təqdim etmir, digər nöqsanlara yol verməklə qanunvericiliyin tələblərini pozmuş olurlar.

Bununla bağlı nazirlik tərəfindən rəsmi müraciətlər edilib və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi xahiş olunub. Lakin həmin partiyalar tərəfindən heç bir addım atılmayıb.

Fürsətdən istifadə edib belə partiyalara bir daha müraciət edərək fəaliyyətlərini bərpa etmək istəyənlərə zəruri hüquqi yardım göstərməyə Ədliyyə Nazirliyinin hazır olduğunu bildirirəm.

Partiyaların öz fəaliyyətlərinə xitam verməklə bağlı sualınıza gəlincə isə, bildirməliyəm ki, ləğvetmə proseduru mürəkkəb və uzun sürən bir proses olmaqla qanunvericilikdə öz əksini tapıb. Belə ki, bunun üçün partiyanın qurultayı keçirilməli, ləğvetmə komissiyası yaradılmalıdır. Partiyanın ləğvi barədə elan verilməli, ləğvetmə ilə bağlı müvafiq, o cümlədən maliyyə xarakterli sənədlər hazırlanmalı, əmlakları barədə qərar qəbul edilməli və s. tədbirlər görülməlidir. Bununla bağlı qanunvericilikdə konkret müddətlər müəyyən edilib. Ləğvetmə prosesinin ümumi müddəti bir ildən çox çəkdikdə isə, o, yenidən başlanır.

Ona görə də partiyanın ləğvi ilə bağlı qərar qəbul etmək və bununla əlaqədar hər hansı addım atmaq iqtidarında olmadıqlarından həmin təşkilatlar üçün daha asan və əlverişli yol fəaliyyətlərinə məhkəmə qaydasında xitam verilməsidir.

Bu səbəbdən artıq bəzi partiyaların üzvləri Ədliyyə Nazirliyinə müraciət edərək ləğvetmə prosesini nazirliyin təşəbbüsü əsasında məhkəmə yolu ilə həyata keçirmək niyyətində olduqlarını bildiriblər.

Şübhəsiz ki, əsas istəyimiz və məqsədimiz cəmiyyətimizdə vətəndaş həmrəyliyinin və milli birliyin möhkəmləndirilməsinə, bütövlükdə Vətənimizin hərtərəfli tərəqqisinə və dirçəlişinə öz töhfələrini verən siyasi qüvvələrin fəaliyyətinə dəstək göstərməkdir. Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyə uyğun tədbirlər davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY