Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda su ehtiyatlarının idarə olunması: 2020–2025-ci illər üzrə institusional və infrastruktur transformasiyası

Azərbaycanda su ehtiyatlarının idarə olunması: 2020–2025-ci illər üzrə institusional və infrastruktur transformasiyası

Bakı, 13 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev ölkəmizin su təhlükəsizliyinin təmin olunmasını milli təhlükəsizliyin strateji tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlayır. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə hazırlanan sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Xüsusilə dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşası, Xəzər dənizindən alternativ mənbə kimi istifadə edilməsi istiqamətində atılan addımlar ölkə rəhbərliyinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir. Dövlətin bu prioritet yanaşması təkcə mövcud problemlərin həllini deyil, həm də gələcək nəsillərin dayanıqlı su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi də əsas məqsədlərdəndir. Bu barədə yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə geniş bəhs olunub. Müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının mövcud su problemləri, onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, su təhlükəsizliyinin təmin olunması və iqlim dəyişikliyinin yaratdığı risklər kimi məsələlərə toxunulub, bu sahədə sistemli və uzunmüddətli yanaşmanın əhəmiyyəti qeyd edilib.

Prezident İlham Əliyevin 2026-cı il 12 yanvar tarixli Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bütün Abşeron yarımadasını əhatə etməklə regionun su və kanalizasiya infrastrukturunun tamamilə yenidən qurulmasını hədəfləyir. On illik dövrü əhatə edən bu strateji sənəd yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək, paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini və su təminatını yeni mərhələyə yüksəldəcək.

AZƏRTAC 2020-2025-ci illərdə ölkəmizdə su təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərə nəzər salır.

“Elektron su təsərrüfatı”na keçid: 2020-ci ildə atılan tarixi addımlar

İqlim dəyişmələrinin təsirlərinin artdığı, su ehtiyatlarının azalması risklərinin aktuallaşdığı bir dövrdə bu sahədə çevik və koordinasiyalı qərarların qəbulu zəruridir. Bu zərurətdən irəli gələrək dövlət səviyyəsində bir sıra mühüm addımlar atılıb və su təsərrüfatının idarə olunması yeni mərhələyə qədəm qoyub. Bu addımlardan biri kimi, 2020-ci il aprelin 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Dövlət Su Komissiyası yaradılıb. Komissiyaya ölkə üzrə su istifadəsinin mövcud vəziyyətinin təhlili, uçot və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də təxirəsalınmaz tədbirlərin hazırlanması tapşırılıb. Bundan bir neçə ay sonra – dövlətimizin başçısının 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə 2020–2022-ci illər üçün su obyektlərinin monitorinqinin aparılması, nəzarətsiz su götürmələrin qarşısının alınması, uçot sisteminin qurulması, su itkilərinin azaldılması və digər prioritet istiqamətlər üzrə tədbirlər təsdiq edilib. Bununla yanaşı, su balansının elektron uçotunun aparılması, su obyektlərində və subartezian quyularında suyun götürülməsi və səviyyəsinin real vaxt rejimində izlənməsi məqsədilə “Elektron su təsərrüfatı” informasiya sisteminin yaradılmasına start verilib.

2020-ci ilin yay aylarında kəskin quraqlıq və su qıtlığı probleminin gündəmə gəlməsi ilə əlaqədar Dövlət Su Komissiyasının ilk iclası keçirilib. İclasda su ehtiyatlarının azaldığı vurğulanaraq operativ tədbirlər görülüb. Xüsusilə Mingəçevir su anbarından başlayaraq Kür çayının aşağı axarına qədər suyun ədalətli və optimal bölgüsünü təmin etmək məqsədilə xüsusi rejim tətbiq edilib. Kanalların lil qatından təmizlənməsi, su itkilərinin minimuma endirilməsi, su təchizatı zəif olan ərazilərə əlavə suyun verilməsi, eləcə də kiçik sututarların quraqlıq dövründə istifadəyə cəlb olunması kimi operativ addımlar atılıb. Görülən tədbirlər nəticəsində 2020-ci ilin suvarma mövsümündə quraqlığın təsirlərini qismən azaltmaq mümkün olub.

Həmin ilin noyabrında isə mütəxəssislər tərəfindən Suqovuşan anbarı, Xanarx kanalı və Tərtər çayının sol sahil magistral kanalı üzrə operativ vəziyyət qiymətləndirilib. Tərtər rayonu ərazisində Xanarx kanalının və sol sahil magistral kanalın təmir-bərpa işlərinin layihələndirilməsinə başlanılıb. Eyni zamanda, işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Kəlbəcər rayonlarında suvarma sistemləri idarələri uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

2021-ci il: Su təsərrüfatında rəqəmsal yenilik və işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq

2021-ci ildə su idarəetməsinin elmi əsaslarla təkmilləşdirilməsi və azad edilmiş ərazilərdəki su resurslarının milli iqtisadiyyata inteqrasiyası istiqamətində strateji addımlar atılıb. Həmin il fevralın 13-də imzalanmış Fərmanla “Elektron su təsərrüfatı informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib, sistemin fəaliyyət prinsipləri, məlumat inteqrasiyası və institusional mexanizmləri müəyyənləşdirilib. Azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin tikintisi və bərpası, içməli və suvarma suyu təchizatı, yağış sularının idarə olunması tədbirləri genişləndirilib və Dövlət Su Komissiyasının əlaqələndirmə rolu artırılıb. Oxçuçayın ekoloji vəziyyətinə nəzarət məqsədilə 2021-ci ilin yanvarından mütəmadi keçirilən kompleks monitorinqlər vəziyyətə nəzarət məqsədi daşıyır. Aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılan işçi qrup Oxçuçayın suyundan və dib çöküntülərindən nümunələr götürərək fiziki-kimyəvi təhlillər aparıb və çayın çirklənmə səviyyəsinin dinamikasını hazırlayıb. Həmçinin iri kanallar və magistral xətlər üzrə suölçən cihazların quraşdırılması, kanalların təmir-bərpası və sızmaların azaldılması üzrə tədbirlər icra edilib, su balansı modulunun tətbiqi üzrə ilkin mərhələyə başlanılıb. Su təchizatı və meliorasiya sektorlarında paralel funksiyaların optimallaşdırılması, prosedurların sadələşdirilməsi və “vahid pəncərə” yanaşması üzrə hazırlıq işləri aparılıb.

Eyni zamanda, Kür hövzəsi boyunca su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi mexanizminin tətbiqi üzrə müvafiq tədbirlər görülüb. Ölkə üzrə, - işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, - Elektron su xəritəsi hazırlanıb (coğrafi koordinatlar, çayların mənbəyi, axın istiqamətləri, relyef göstəriciləri, hidroloji qurğuların yerləri, kanallar, su və su təsərrüfatı obyektləri və s).

İşğaldan azad edilmiş ərazilərin yararsız hala düşmüş və köhnəlmiş su infrastrukturundan müasir layihələrə

İşğaldan azad edilmiş ərazilərdə böyük su infrastrukturu layihələri 2022-ci ildə aktiv mərhələyə keçib. İlin əvvəlində Tərtər rayonunun “Suqovuşan” su anbarının (2023-cü ildə Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilib – red.) və Ağdam rayonunun “Xaçınçay” su anbarının bərpasına, Füzuli rayonu ərazisindəki üç “Köndələnçay” su təmirinə başlamaq üçün vəsait ayrılıb. Həmçinin Tərtərçay Sol Sahil kanalı üzrə yenidənqurma işləri start götürüb. Bununla yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında meliorasiya və su təsərrüfatı infrastrukturunun tam bərpası üzrə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasına da başlanılıb. İrihəcmli yeni su anbarları layihələri üzərində də işlərə start verilib: Laçın rayonu ərazisində “Həkəriçay” su anbarı və Qubadlı rayonu ərazisində “Bərgüşadçay” su anbarı üçün layihə-smeta sənədlərinin tərtibi davam etdirilib. Laçın rayonunda “Zabuxçay” su anbarının və oradan uzanacaq magistral kəmərlərin layihələndirilməsinə də 2022-ci ildə başlanılıb.

Elə həmin il su ehtiyatlarının idarə olunmasına dair Milli Strategiyanın layihəsi hazırlanaraq razılaşdırma mərhələsinə çıxarılıb. Eyni zamanda, “Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı Qaydaları” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları” təsdiq edilib. Qərara əsasən, su obyektlərindən bilavasitə su götürən hüquqi və fiziki şəxslər tərəfindən götürülən suyun ödənişlərinin həyata keçirilməsi üzrə mexanizm hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Su ehtiyatlarının həcminin ölçülməsi və keyfiyyətinin izlənməsi də diqqətdə saxlanılıb. Belə ki, 2022-ci ildə bu sahədə də əhəmiyyətli addımlar atılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində milli su monitorinq mərkəzinin imkanları gücləndirilib. Bir sıra çay məntəqəsində avtomatik hidroloji stansiyaların quraşdırılması layihəsinə start verilib. Yeraltı suların müşahidəsi üçün Mil düzənliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində onlarla müşahidə quyusu təmir edilərək müntəzəm ölçmə rejiminə keçirilib. Bu addımlar iqlim dəyişikliyinin su resurslarına təsirini daha yaxşı anlamağa və erkən xəbərdarlıq sistemini formalaşdırmağa xidmət edir.

Su sektorunda vahid idarəetmənin qurulması və böyük quruculuq işlərinin genişlənməsi

Su sahəsində görülən işlər 2023-cü ildə də davam etdirilib, su sektorunda parçalanmış idarəetmənin aradan qaldırılması məqsədilə vahid mərkəzi icra hakimiyyəti orqanı – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılıb. “Azərsu” ASC və “Azmelsutəsərrüfat” ASC-nin funksiyaları və aktivləri Agentliyin tabeliyinə verilib. Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su sahəsində bütün səlahiyyətləri ADSEA-ya həvalə edilib. Su ehtiyatlarının mühafizəsi və istifadəsi üzrə bir sıra qanunvericilik aktları və “Sudan istifadə Qaydaları” yenilənib, su götürmə, istifadə və nəzarət mexanizmləri daha dəqiq çərçivəyə salınıb.

Eyni zamanda, 2023-cü ildə əvvəlki illərdə başlanan bir sıra infrastruktur layihələri tikinti mərhələsinə daxil oldu. Laçın rayonunda “Zabuxçay” su anbarının inşası sürətlə aparılaraq sınaq rejimində su yığımı həyata keçirilib, 2023-cü ilin sonunda anbarda su toplanıb. Paralel olaraq, “Həkəriçay” (Laçın) və “Yengicəçay” (Naxçıvan MR) su anbarlarının tikintisi davam etdirilib. “Bərgüşadçay” və “Zəyəmçay” su anbarları üzrə isə texniki-iqtisadi əsaslandırılma və layihələndirmə işləri 2023-cü ildə yekunlaşdırılıb, tikintiyə başlamaq üçün hazırlıq aparılıb. Bundan başqa, ölkənin müxtəlif regionlarında içməli su təminatını yaxşılaşdırmaq məqsədilə genişmiqyaslı su təchizatı və kanalizasiya layihələri icra olunub.

Şirvan, Salyan, Yevlax, Gəncə, Mingəçevir, Şəki, Balakən, Astara, Lənkəran və digər şəhərlərdə, ümumilikdə, 65 kilometr yeni içməli su xətləri çəkilib, minlərlə abonentə yeni su sayğacları quraşdırılıb, 70 kilometr köhnə kanalizasiya şəbəkəsi yenilənib, 3 kilometr yağış suları drenaj xətti inşa edilib.

2023-cü ildə su monitorinqi infrastrukturuna yeni texnologiyalar da cəlb edilib – bir neçə avtomat meteoroloji və hidroloji stansiya, Xəzər dənizi sahilində dəniz suyu müşahidə məntəqələri və radiozond avadanlıqları quraşdırılıb. İçməli su üzrə “AZS 929:2023” standartı qəbul edilib, monitorinq avadanlıqları və müşahidə imkanları genişləndirilib. Həmçinin transsərhəd əməkdaşlığı davam etdirilib. Belə ki, Kür, Araz, Samur və digər istiqamətlər üzrə su diplomatiyası və məlumat mübadiləsi tədbirləri həyata keçirilib.

Su ehtiyatlarının səmərəli istifadəsində yeni mərhələ: “e-su.az” və SCADA sistemlərinin tətbiqi

Azərbaycanın su təsərrüfatı sahəsində həm konseptual sənədlərin qəbulu, həm də iqlim risklərinə qarşı innovativ monitorinq sistemlərinin qurulması baxımından 2024-cü ili həlledici mərhələ adlandırmaq olar. Həmin ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib. ESTİS/SCADA inteqrasiyasının genişləndirilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, əsas su anbarları və kanallar üzrə real vaxt məlumat ötürülməsi artırılıb, “e-su.az” portalı istifadəyə verilib. Hidrometeoroloji müşahidə şəbəkəsi genişləndirilib – dağ çaylarında dopler radarları, yüksək dağlıq ərazilərdə əlavə avtomatik meteoroloji stansiyalar quraşdırılıb. Bu isə sel və daşqın risklərinin daha dəqiq proqnozlaşdırılmasına və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinə şərait yaradıb. 2024-cü ilin yazında Kür və Araz çaylarında sel sularının proqnozu əvvəlki illərə nəzərən daha dürüst olmaqla, müvafiq qurumların qabaqlayıcı tədbirlər görməsinə imkan verib. Həmçinin iqlim dəyişkənliyinin təsirlərinə uyğun olaraq su anbarlarının əməliyyat rejimləri optimallaşdırılıb. Məsələn, “Mingəçevir” su anbarı üzrə çoxillik tənzimləmə qrafikləri yenilənərək quraq dövrlərdə ehtiyat toplama qabiliyyəti artırılıb, azad edilmiş ərazilərdə “Zabuxçay” su anbarı istismara verilib və suvarma təminatı genişləndirilib. Bakı şəhərində Hövsan Aerasiya Qurğusunda təmizlənmiş çirkab sularının kənd təsərrüfatında suvarma məqsədilə istifadəsi üzrə pilot layihə icra olunub. Bu çərçivədə müəyyən təcrübə sahələrində təmizlənmiş sularla suvarma aparılıb, nəticələr təhlil edilərək, normativ bazanın təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb.

Sayğaclaşmanın əhatə dairəsi genişlənir, itkilər minimuma endirilir

2025-ci il ölkənin su təsərrüfatı infrastrukturunun texnoloji modernizasiyası və resurslardan qənaətlə istifadə sahəsində həlledici nailiyyətlərin qeydə alındığı dövr kimi xarakterizə olunur. Bu il ərzində idarəetmənin rəqəmsallaşdırılması və istehlakçı məmnuniyyətinin artırılması istiqamətdə atılan addımlar su təhlükəsizliyi sistemini daha da möhkəmləndirib. Monitorinq şəbəkələrinin yenilənməsi, sayğaclaşmanın genişləndirilməsi və qanunsuz qoşulmaların aradan qaldırılması nəticəsində su itkilərinin azaldılması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib. Müasir suvarma texnologiyalarının tətbiqi, suya qənaət edən sistemlərin yayılması və bu sahədə stimullaşdırıcı mexanizmlər daha da gücləndirilib. Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə yanaşmaların normativləşdirilməsi və texnoloji tətbiqlər üzrə işlər də uğurla davam etdirilib. Ölkə üzrə içməli su təchizatında sayğaclaşma səviyyəsi artıq 93 faizə çatdırılıb ki, bu da son iki ildə 40 minə yaxın köhnə mexaniki sayğacın yeni elektron smart sayğaclarla əvəz edilməsi sayəsində mümkün olub. Eyni zamanda, içməli su standartlarına tam uyğunluğun təmin edilməsi məqsədilə laborator nəzarət və risk əsaslı su təhlükəsizliyi yanaşmalarının miqyası genişləndirilib.

Azərbaycan regionda su resurslarını ən səmərəli idarə edən dövlətlərdən birinə çevrilir

Beləliklə, son illərdə həyata keçirilən ardıcıl institusional islahatlar, genişmiqyaslı infrastruktur layihələri və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi ölkədə su ehtiyatlarının idarə olunmasını keyfiyyətcə yeni mərhələyə yüksəldib. İdarəetmədə pərakəndəlik aradan qaldırılıb, su ehtiyatlarının vahid mərkəzdən koordinasiyası üçün sağlam hüquqi baza formalaşdırılıb. İqlim dəyişikliklərinin yaratdığı çağırışlar fonunda su təhlükəsizliyinin təmin edilməsi artıq yalnız texniki məsələ deyil, milli təhlükəsizlik və dayanıqlı inkişafın əsas komponentlərindən biri kimi ön plana çıxıb. Bu sahədə qəbul edilən Milli Strategiya su resurslarının həm daxili, həm də transsərhəd səviyyədə mühafizəsi üçün yol xəritəsi rolunu oynayır. Rəqəmsallaşma sayəsində tətbiq edilən SCADA və "Elektron su təsərrüfatı" sistemləri real vaxt rejimində monitorinq aparmağa və itkiləri minimuma endirməyə imkan verir. İşğaldan azad edilmiş ərazilərdəki su anbarlarının bərpası və yeni hidrotexniki qurğuların inşası isə ölkənin ümumi su balansını əhəmiyyətli dərəcədə gücləndirir. Dövlət səviyyəsində göstərilən bu xüsusi diqqət həm kənd təsərrüfatının rəqabət qabiliyyətini artırır, həm də əhalinin içməli su təminatını iqlim risklərindən sığortalayır. Beləliklə, innovativ yanaşmalar və sistemli layihələr Azərbaycanı regionun su resurslarını ən səmərəli idarə edən dövlətlərindən birinə çevirməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP nümayəndə heyəti Çində səfərdədir

ƏƏSMN və AİB arasında sosial sahədə yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib

Rəşad Sadıqov: Kubokun finalı avrokuboklar yolunda bizim üçün son şansdır

AQTA rəsmisi: Qurban bayramına hazırlıq işləri yekunlaşır

Küveyt dəniz yolu ilə ərazisinə daxil olan dörd İran vətəndaşını saxlayıb

Britaniyalı nazir Starmerin rəhbərliyinə etiraz olaraq istefa verib

Dayanıqlı inkişafın Qarabağ modeli: Şəhərsalma və iqlim öhdəliklərinin vəhdəti – Məqalə

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib

Şahin Növrəsli “Tbilisi Rhythm Festival-2026”da çıxış edib

Fərhad Abdullayev: “Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı çox dəyərli əsərdir

Şirin Məlikova: Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda 18 mindən çox eksponat qorunur

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti beynəlxalq aqrar sərgi və forumlarda innovativ yanaşmalarını nümayiş etdirib

Şahin Mustafayev: Türk dillərində terminoloji yaxınlaşma prioritet istiqamətlərdəndir

Gürcüstanda ilk dəfə “Ozan saz” müsabiqəsi təşkil ediləcək

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub

Azərbaycan və Ukrayna uzunmüddətli strateji tərəfdaşlığın əsasını formalaşdırır – rəy

Nəzakət və intellektin vəhdəti - professor Nəzakət Məmmədli

Azərbaycan və Ukrayna regional çağırışlar fonunda strateji tərəfdaşlığı möhkəmləndirir – ekspert

Azərbaycanın latın qrafikasına keçidi: Rəsulzadənin baxışı

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər

Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət

Cənub bölgəsində urban landşaftlarının ekoloji dayanıqlığı araşdırılıb

Muzeyin direktoru: Azyaşlılar üçün xüsusi maarifləndirici layihələr təşkil olunur

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa

Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib

ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO

ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO

Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti

“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat

WUF13 Festivalı Sumqayıtda

Ali Məclisin komitə iclasında bir neçə qanun layihəsi müzakirəyə çıxarılıb

Naxçıvanda üçəm dünyaya gəlib

Şəhid atası: Biz azad Qarabağda qalib xalq kimi yaşayırıq

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda axtarış sistemləri bazarının göstəriciləri açıqlanıb

AzTU komandası “Game Summit 2026”nın qalibi oldu

Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb

Ekspert: Ukrayna və Azərbaycan enerji təhlükəsizliyi və infrastrukturun qorunması sahəsində əməkdaşlığı genişləndirə bilər

Ombudsman: Ölkəmizdə hüquqi dövlət quruculuğunun əsas strateji istiqamətləri Ümummilli Liderin adı ilə bağlıdır

İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar

AQTA: WUF13 tədbiri zamanı qidalanmanın təşkilinə nəzarət tədbirləri görülür

Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb

Ekspert: Avropa dövlət başçılarının Bakıya səfəri Azərbaycanın Avrasiya siyasi məkanında əhəmiyyətindən xəbər verir

Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir

Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir

Qazaxıstan 2030-cu ilədək qeyri-xammal ixracını 52 milyard dollara çatdırmağı planlaşdırır

Ötən mövsüm “Qarabağ”ın gəlirləri 12,7 faiz artıb

Domeniko Letisiya: Azərbaycan–İtaliya münasibətlərində yeni dövr başlayır- ŞƏRH

Kərkicahan qəsəbəsində yeni həyat: Müasir infrastruktur və bərpa olunan ümidlər

BMT: Qlobal qum tələbatının artması ətraf mühiti təhdid edir

“Microsoft”dan 150 min dollar qrant cəlb edən ilk Azərbaycan AI-startapı bu dəfə “Cloudflare”dən 25 min dollar alıb – MÜSAHİBƏ

MEDİA-da dəyirmi masa: “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır”

Azərbaycan və Niderland arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb

ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb

Təhsil İnstitutu 4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlayıb

AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb

Ali Məhkəmənin sədri: "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı xüsusi əhəmiyyətli nəşrdir

Sağlam gələcək naminə narkotiklərə yox deyək

KOBİA-nın rəhbəri sahibkarların müraciətlərini dinləyib

“Sabah”ın baş məşqçisi: Finalda digər klublar yox, özümüz üçün oynayacağıq

“Saudi Aramco” ötən rüb xalis mənfəətini 25 faiz artırıb

“Təhsildə sosial iş” xidməti çərçivəsində 460 uşağın dərsə davamiyyəti bərpa edilib

İraq generalı: Nəcəf səhrasında gizli yerləşdirilmiş desant qüvvəsi İsrailə məxsus olub

Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olub

Rizvan Nəbiyev: Azərbaycan hərbi qələbəni siyasi-diplomatik uğur və sülh modeli ilə tamamladı

Azərbaycan və bp əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəyərləndirib

Ulu Öndər Heydər Əliyev qədim Qəbələni məhv olmaqdan necə xilas etdi? – Tarixi faktlar

Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO

Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO

"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim edib

Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib

® Hidrosel nədir və necə müalicə olunur?

Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir

Sədr müavini: Orta Dəhliz Avropa ilə Asiya arasında ən perspektivli logistika istiqamətlərindən birinə çevrilməkdədir

Ombudsman: Rusiya tərəfindən qaçırılan 2134 uşaq Ukraynaya qaytarılıb

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Fransız urbanist: Bakı genişmiqyaslı infrastruktur transformasiyalarını, şəhər innovasiyalarını və davamlı inkişafa sadiqliyi özündə birləşdirir

Tofiq Zülfüqarov: Keçmiş münaqişə dövründə Azərbaycana qarşı ideoloji təsir mexanizmlərindən istifadə olunurdu

Ötən il ABŞ-nin enerji istehsalı rekord səviyyəyə çatıb

MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub

İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration Limited” şirkəti arasında sənədlər imzalanıb

Natiq Məmmədli: Azərbaycan regionda öz gücü ilə sülh modeli formalaşdırıb

Makronun Keniyadakı davranışı Fransada kəskin reaksiya doğurub

Emin Hüseynzadə: WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçənlərin sayının artacağını gözləyirik

“Real Madrid” Joze Mourinyo ilə anlaşıb

FAO-nun Regional Konfransının 35-ci sessiyasında Azərbaycandakı innovativ layihələrdən danışılıb

AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda

İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb VİDEO

İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb VİDEO

Səhiyyə Nazirliyi: Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur

Azərbaycan xarici qüvvələrin vəziyyəti idarə etməsinə imkan verməyəcək qədər güclü dövlətdir – ŞƏRH

Afrika-Azərbaycan biznes-forumunun təşkili ilə bağlı fikir mübadiləsi aparılıb

® “PAŞA Bank” İlkin Kütləvi Təklif çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb

Lənkəranda zəncirvari qəza olub

ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib

Dünya Bankının “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə müzakirələr aparılacaq

Xaçmazda "VAZ-21014" 60 yaşlı piyadanı vuraraq öldürüb