Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda tətbiq edilən elektron gömrük xidmətləri beynəlxalq standartlara cavab verir

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycanda gömrük xidməti zəngin bir tarixi yol keçib, hələ qədim İpək Yolu dövründə ölkəmizdə gömrük sisteminin mövcudluğu elmi sübutlarla təsdiqini tapıb və çar Rusiyası dönəmində I Aleksandrın fərmanı ilə 1807-ci il fevralın 7-də Bakı Gömrük İdarəsi təsis edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təşəkkül tapmış yeni strukturlardan biri gömrük sistemi olub. 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi (DGK) yaradılıb və 26 ildir ki, müstəqil gömrük xidməti ölkəmizin təhlükəsizliyi istiqamətində mühüm rola malikdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir. Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb.

DGK Azərbaycanda yeni texnologiyaların tətbiqini həyata keçirən, dünya praktikasında istifadə edilən texnoloji avadanlıqları, elektron idarəetmə sistemlərini ölkənin gömrük xidmətində reallaşdıran bir qurumdur. Daim yeniliklərin axtarışında olan Dövlət Gömrük Komitəsi kağızsız ticarətin həyata keçirilməsində, gömrük əməkdaşı ilə vətəndaş təmasının minimuma endirilməsində, gömrük işində şəffaflığın təmin edilməsində mühüm addımlar atıb və bu istiqamətdə ardıcıl işlər həyata keçirməyə davam edir. Azərbaycan gömrüyündə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə hələ 1995-ci ildə start verilib və 1999-cu ildə gömrüyün İKT strategiyası artıq beynəlxalq standartlar səviyyəsində qurulmağa başlanılıb.

Dövlət Gömrük Komitəsi öz fəaliyyətində “elektron hökumət” layihəsinə töhfə vermək, vətəndaşlara xidmət, beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq üçün mühüm islahatlar aparıb. “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli Sərəncamına əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sisteminin yaradılması istiqamətində ciddi tədbirlər görülüb.

“Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS)” layihəsi bugünkü elektron gömrük xidmətinin əsasını təşkil edir. Kağızsız ticarətin həyata keçirilməsi istiqamətində atılan əsas addımlardan biri də məhz 2011-cu ildə Dövlət Gömrük Komitəsində “VAİS-Kargüzarlıq” avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq edilməsidir. Bununla da komitənin strukturuna daxil olan bütün təşkilatları əhatə edən avtomatlaşdırılmış kargüzarlıq işi tam şəkildə tətbiq edilib, 2011-ci ilin əvvəlindən gömrük rəsmiləşdirilməsi üzrə müraciətlərin qeydiyyatının VAİS-də elektron formada aparılmasına başlanılıb.

Bundan başqa, Ümumdünya Gömrük Təşkilatının Malların Buraxılış Vaxtının Ölçülməsinə dair Təlimat metodologiyasından istifadə etməklə, Malların Buraxılış Vaxtının Ölçülməsi layihəsi hazırlanıb və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib. Layihə gömrük prosedurlarındakı və malların, eləcə də nəqliyyat vasitələrinin sərhəd boyu hərəkətindəki boşluqları müəyyən etməyə imkan yaradır. Həmçinin 2016-cı ildən başlayaraq risklərin idarə edilməsi sistemi VAİS çərçivəsində fəaliyyət göstərir. Bununla yanaşı, tranzit yük maşınlarına GPS qurğuları quraşdırılır. Bu, Dövlət Gömrük Komitəsində yaradılan “Hədəf” mərkəzindən onların izlənilməsinə və təyin edilmiş marşrutdan yayındıqları zaman mobil qruplar sayəsində zəruri tədbirlər görməyə imkan yaradır.

Azərbaycanın istənilən gömrük sərhəd-keçid məntəqəsində vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi üçün bir çox elektron xidmətlər tətbiq olunub. Hazırda “elektron hökumət” portalı üzərindən 14 elektron gömrük xidməti istifadəyə verilib. Elektron gömrük xidmətlərinə və onların yaratdığı imkanlara bir neçə misal gətirmək olar. “Gömrük Bəyannamələri haqqında məlumatın verilməsi” elektron xidməti vasitəsilə müvəkkil banklar və digər aidiyyəti təşkilatlar bəyannaməsinin VÖIN-ini və gömrük bəyannaməsinin qeydiyyat nömrəsini daxil etməklə gömrük bəyannaməsini elektron formada əldə edə bilirlər. “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu” xidmətində şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdikləri mallar üçün bəyannamələri elektron formada tərtib edərək gömrük orqanlarına təqdim edirlər. Bəyannamədə və ona əlavə edilmiş sənədlərdə olan məlumatlar interaktiv qaydada yoxlanılır və nəticəsi barədə istifadəçiyə məlumat verilir. “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron Sərnişin bəyannaməsinin qəbulu” elektron xidmətinə əsasən fiziki şəxslər Azərbaycan Respublikasına keçirdikləri mallar və nəqliyyat vasitələri, həmçinin valyuta sərvətləri barədə məlumatları gömrük orqanlarına onlayn qaydada təqdim edirlər. Bu xidmət sərhədkeçmə zamanı ləngimə hallarının qarşısını almağa imkan verir.

Həmçinin “Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi” xidməti hüquqi və fiziki şəxslər tərəfindən gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin müasir ödəniş mexanizmlərindən istifadə etməklə elektron formada həyata keçirilməsini təmin edir. “Xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatların verilməsi” elektron xidməti vasitəsilə isə xarici iqtisadi fəaliyyət iştirakçıları həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatları elektron qaydada əldə edə bilərlər. “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda idxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın verilməsi” xidməti sayəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda hasilatın pay bölgüsü üzrə saziş iştirakçısı olan şirkətlər idxal-ixrac əməliyyatları üzrə vergi və rüsumlardan azad olunmalarını təsdiqləyən sertifikatı əldə etmək üçün Dövlət Gömrük Komitəsinə müraciət edirlər və müraciət əsaslı olduqda sertifikat sahibi olurlar.

Bunda başqa “Dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma üzrə müraciətin və sənədlərin qəbulu” xidməti vasitəsilə fiziki və hüquqi şəxslər gömrük sərhədindən keçirdikləri mallar və nəqliyyat vasitələri barədə məlumatları gömrük orqanlarına onlayn qaydada təqdim edirlər. Bu gömrük rəsmiləşdirilməsi prosedurlarının sürətləndirilməsinə və sərhədkeçmə zamanı ləngimə hallarının qarşısını almağa imkan verir.

Qeyd edək ki, son olaraq istifadəyə verilən elektron gömrük xidmətlərindən biri DGK-da yaradılan vahid “SMS-məlumatlandırma” sistemidir və bu ilin may ayının 29-dan qismən tətbiq edilir. Sistemə əsasən hazırda sahibkarlara idxal zamanı yük gömrük ərazisindən çıxdıqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir. Təkmilləşdirmə işləri aparıldıqdan sonra yüklərin sənədləşdirilməsi, ödəniləcək gömrük rüsumu ilə bağlı da SMS-lə məlumat veriləcək.

Elektron gömrük xidmətlərinin tətbiqi ticarətin asanlaşdırılması ilə yanaşı, həmçinin təhlükəsizliyin də daha rahat təmin edilməsinə səbəb olur. Belə ki, GPS sistemindən istifadə, başqa ölkələrin gömrük orqanları ilə qarşılıqlı informasiya mübadiləsi, “Hədəf” mərkəzinin fəaliyyəti, yaradılan mobil qruplar, həmçinin reallaşdırılması planlaşdırılan sürətli poçt göndərişləri ilə bağlı layihə də ölkəyə gətirilən malların qanunvericiliyə uyğunluğunu təmin edəcək.

Dövlət Gömrük Komitəsinin elektron xidmətlə bağlı gələcək fəaliyyətinə GUAM və digər ikitərəfli əməkdaşlıq platformaları çərçivəsində elektron imzaların qarşılıqlı tanınması, tranzitlə bağlı Avropa İttifaqının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi, eTIR layihəsinin hazırlanması da daxildir.

Onu da qeyd etmək vacibdir ki, Prezident İlham Əliyevin 2018-ci il iyunun 28-də imzaladığı “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamında idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemini tətbiq edəcək icraçı orqanlardan biri DGK-dır. Tədbirlər Planında gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi də nəzərdə tutulub.

Bütün bunların bəhrəsi olaraq Azərbaycan BMT-nin Ticarətin Asanlaşdırılması və Kağızsız Ticarətin Tətbiqi üzrə qlobal sorğu 2015&2017-də 120 ölkə arasında 3-cü yerdə qərarlaşıb. Açıq dənizə çıxışı olmayan ölkələr arasında isə 75 faiz göstərici ilə Azərbaycan birinci yerdədir və təsadüfi deyil ki, bir çox ölkələrdən Azərbaycan gömrük xidmətinin təcrübəsindən yararlanmaq üçün müraciətlər edilir, ölkəmizdə elektron gömrük mövzusunda təlimlər, seminarlar, konfranslar təşkil olunur.

Dövlət Gömrük Komitəsinin müasir tələblər nəzərə alınmaqla istifadəyə verilən internet saytı Azərbaycan Milli İnternet Mükafatı olan NETTY 2017-nin “Dövlət saytı” nominasiyası üzrə ikinci yerə layiq görülüb. Gömrük qanunvericiliyi, gömrük orqanlarının fəaliyyəti, gömrük xidməti ilə bağlı digər məsələlərə dair yeniliklər haqqında ictimaiyyətin Komitənin internet saytı vasitəsilə məlumatlandırılması təmin edilib. Komitənin saytında DGK sədrinə birbaşa müraciət ünvanlamaq üçün “Virtual qəbul” bölməsi yaradılıb.

İnanırıq ki, gələcəkdə də gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni-yeni uğurlar qazanmasında mühüm rol oynayacaq. Azərbaycan gömrükçüləri dövlət başçısının müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda göstərdiyi fəaliyyətdə yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.

Elvin Camalov

AZƏRTAC-ın müxbiri

Yazı “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinə təqdim olunur"

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq