İQTİSADİYYAT
Azərbaycanda yol qəzalarında ölənlərin sayı dünya ölkələri üzrə orta göstəricidən yüksəkdir
Bakı, 3 mart, AZƏRTAC
Dünyada il ərzində təxminən 1 milyon 300 min insan yol qəzasında həyatını itirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” tvininq layihəsinin açılış konfransında deyib.
O bildirib ki, Azərbaycanda ötən il yol hərəkəti hadisələri nəticəsində həyatını itirmiş şəxslərin sayı 834 nəfərı çatır. Bu isə istər MDB, istərsə də dünya ölkələri üzrə orta göstəricidən kifayət qədər yüksəkdir.