AZƏRBAYCANI AVROPA ÇEMPİONATINDA 6 İDMANÇI TƏMSİL EDƏCƏKDİR
Bakı, 12 iyul (AZƏRTAC). İyulun 16-dan 27-nədək Xorvatiyada kiçik çaplı tapançadan güllə və stend atıcılığı üzrə Avropa çempionatı keçiriləcəkdir.
Qitə birinciliyində kiçik çaplı tapançadan güllə atıcılığı üzrə Azərbaycan komandasının tərkibində Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova və Ruslan Lunev yarışa qoşulacaqlar. Ruslan Lunev 4 atıcılıq növü (3 sürətli və 50 metrdən güllə atıcılığı), İradə Aşumova isə bir növ üzrə yarışacaqlar.
Stend güllə atıcılığı üzrə Azərbaycan yığmasının tərkibinə Emin Cəfərov, Nurlanə Cəfərova, Regina Meftəhəddinova və Elvin İsmayılov daxil edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]