AZƏRBAYCANI BEYNƏLXALQ TURNİRDƏ SƏKKİZ İDMANÇI TƏMSİL EDƏCƏKDİR
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 22-də Almaniyada oğlanlar arasında karate üzrə Banzai kuboku uğrunda beynəlxalq turnir keçiriləcəkdir.
Baş məşqçi Hidayət Şabanovun rəhbərlik etdiyi karate üzrə yığma komandamızın heyətində ölkəmizi Səid Quliyev (40 kq-dan aşağı), Şamil Quliyev (43 kq-dan aşağı), Ceyhun Mustafayev (55 kq-dan aşağı), Sənan Əliyev (60 kq-dan aşağı), Rüfət Musayev (65 kq-dan aşağı), Aydın Məmmədov (70 kq-dan aşağı), Orxan Heydərli (75 kq-dan yuxarı) və Müşfiq Cəbrayılov (80 kq-dan yuxarı) təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]