AZƏRBAYCANI BEYNƏLXALQ TURNİRDƏ TƏMSİL EDƏCƏK KARATEÇİLƏRİN ADLARI MƏLUMDUR
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 7-9-da Türkiyədə oğlan və qızlar arasında karate üzrə “Açıq İstanbul” beynəlxalq turniri keçiriləcəkdir.
Baş məşqçilər Hidayət Şabanov və Vahid Eyvazovun rəhbərlik etdikləri karate üzrə yığma komandamızın heyətində ölkəmizi 16- 17 yaşlılar arasında Ceyhun Mustafayev (55 kq-dan aşağı), Sənan Əliyev (60 kq-dan aşağı), Rüfət Musayev, Rəcəb Mamayev ( hər iksi 65 kq-dan aşağı), Novruz Əliyev (70 kq-dan aşağı), Əli Cəfərov (75 kq-dan aşağı), Orxan Heydərli (75 kq-dan yuxarı), Aynur Məmmədova və Adilə Qurbanova (hər ikisi 54 kq-dan yuxarı) təmsil edəcəklər.
18-20 yaşlı karateçilərin mübarizəsində isə ölkəmizin şərəfini İsmayıl Quliyev, Vüqar Cabbarlı ( hər iksi 60 kq-dan aşağı), Hafiz Həsənov, Kənan Həsənquliyev (hər iksi 65 kq-dan aşağı), İsrafil Şirinov (70 kq-dan aşağı), Ceyhun Əliyev (80 kq-dan yuxarı) və Gülarə İsmayılova (60 kq-dan yuxarı) qoruyacaqlar.
Turnirin oyunlarını idarə edənlər arasında azərbaycanlı hakimlər - Yusif Məmmədov, Oqtay Məmmədov, Cahangir Babayev və Sahib Rzayev də olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]