AZƏRBAYCANI DÜNYA ÇEMPİONATINDA TƏMSİL EDƏCƏK GÜLƏŞÇİLƏRİN ADLARI MƏLUMDUR
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, avqustun 19-dan 26-dək Pekində gənc oğlan və qızlar arasında sərbəst və yunan-Roma güləşi üzrə dünya birinciliyi keçiriləcəkdir.
Azərbaycanı birincilikdə yunan-Roma güləşi üzrə 7 idmançı təmsil edəcəkdir.
Baş məşqçi Ağalar Aslanlının rəhbərliyi ilə yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın tərkibində Qadir Süleymanov (50 kq), Həsən Əliyev (55 kq), Hacıxan Mustafayev (60 kq), Rafiq Hüseynov (66 kq), Elvin Mürsəliyev (74 kq), Səbuhi Hümbətov (84 kq) və Aydın Səfərov (96 kq) mübarizə aparacaqlar.
Turnirdə beynəlxalq dərəcəli hakimlərimiz - Xanmirzə Məlikəliyev, Qərib Əliyev və Hicran Şərifov da iştirak edəcəklər.
Avqustun 17-də idmançılarımız Pekinə yola düşmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]