AZƏRBAYCANIN 21 YAŞLI FUTBOLÇULARDAN İBARƏT YIĞMA KOMANDASININ HEYƏTİ AÇIQLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət yığma komandasının heyəti açıqlanmışdır. Avqustun 21-də və 22-də Tehranda iranlı həmyaşıdları ilə yoxlama oyununda qarşılaşacaq Azərbaycan yığmasının heyətinə 20 futbolçu dəvət olunmuşdur.
Baş məşqçi Şakir Qəribov oyuna aşağıdakı futbolçuları cəlb etmişdir: Kamran Ağayev, Vəli Qafarov, Ramin Tanrıverdiyev, Ruhid Usubov, Fərid Quliyev, Rövşən Əmiraslanov, Vasif Əliyev, Asif Məmmədov, Səbuhi Həsənov, Namiq Yusifov, Ruslan Abışov, Elnur Abdullayev, Zamir Zərgərov, Nodar Məmmədov, Timur İsrafilov, Vaqif Cavadov, Vüqar Nadirov, Elvin Məmmədov, Taqim Novruzov və Arif Daşdəmirov.
İranla yoldaşlıq oyunu sentyabrda Bakıda Avropa çempionatının qrup seçmə mərhələsi çərçivəsində Yunanıstan komandası ilə görüşə hazırlıq məqsədi daşıyır. Afinada keçirilən ilk görüşdə Yunanıstan millisi Azərbaycan yığmasını 4:1 hesabı ilə məğlub etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]