Azərbaycanın 30 şəhər və rayonunda qanvermə aksiyaları təşkil olunacaq
Bakı, 2 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 5-də Aşura günü münasibətilə qanvermə aksiyaları həyata keçiriləcək. Aksiyalar Azərbaycanın 30 şəhər və rayonunda, ümumilikdə 38 məntəqədə təşkil olunacaq. Ən önəmli və qürurverici yenilik isə ilk dəfə bu xeyirxah ənənənin işğaldan azad edilmiş torpaqlarımızda - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində keçirilməsi olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Respublika Qan Bankının həkimi Günel Əliyeva bildirib.
“Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var. Bu bizim üçün tarixi və çox emosional məqamdır. Hər kəsi Aşura günündə bu nəcib missiyaya qoşulmağa və həyat xilas etməyə dəvət edirik”, – deyə o çağırış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]