Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri AŞPA-nın monitorinq komitəsinin həmməruzəçiləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov əməkdaşlığın bundan sonra da davam edəcəyini söyləyib. O deyib ki, AŞPA-nın həmməruzəçiləri ilə əməkdaşlıq etmək çox vacib və əhəmiyyətlidir. Azərbaycanın Avropa Şurasında mövqeyi, gördüyü işlər uzun illər ərzində öz düzgünlüyünü və doğruluğunu sübut edib.
Monitorinq komitəsinin həmməruzəçisi Taduez İvinski səfərləri müddətində keçirdikləri və keçirəcəkləri görüşlər barədə məlumat verib. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]