Azərbaycanın Baş naziri Əli Əsədovun Rusiya Hökumətinin başçısı Mixail Mişustinlə telefon danışığı olub
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-da Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova zəng edib.
AZƏRTAC Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Əli Əsədovu təbrik edib.
Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın gələcəkdə də möhkəmləndirilməsinə ümidvar olduqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]