Azərbaycanın Baş naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin gedişi müzakirə olundu, Azərbaycan xilasedicilərinin fəlakət bölgələrində axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirdikləri xüsusi vurğulandı.
F.Oktay zəlzələnin ilk saatlarından Türkiyəyə göstərilən mənəvi və humanitar dəstəyə, bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması və çətinliklərlə üzləşən insanlara yardım göstərilməsi üçün bütün imkanlarını səfərbər etdiyinə görə qardaş Azərbaycan dövlətinə və xalqına bir daha dərin təşəkkürünü bildirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:31]