Azərbaycanın Belarusdakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı anma mərasimi keçirilmişdir
Bakı, 1 aprel (AZƏRTAC). 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Belarusda yaşayan həmvətənlərimiz, bu ölkədə təhsil alan azərbaycanlılar və ziyalılar da iştirak etmişlər.
Səfir Əli Nağıyev iştirakçılara 1918-ci il 31 mart soyqırımı haqqında ətraflı məlumat vermiş, əsrlər boyu ermənilər və onların havadarları tərəfindən xalqımıza qarşı törədilən qətliamların səbəblərini tarixi proseslər fonunda izah etmişdir.
Səfirliyin müşaviri Z.Şükürov, Belarusda fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri R.Novruzov, Azərbaycan İcmaları Konqresinin sədri N.Bağırov, M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin tələbəsi A.Əliyeva tarixi faktlara əsaslanaraq qətliamları törədən erməni cəlladlarının həqiqi iç üzünü açmağın vacibliyini vurğulamışlar.
Mərasimdə 1918-ci il 31 mart soyqırımı hadisələri ilə bağlı sənədli film göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]