Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında yarımfinala yüksəlib
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan millisinin daha 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında qələbə qazanıb.
Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirin beşinci günündə Elcan Musazadə (50 kiloqram) 1/4 finalda Tobais Viçeniklə (Çexiya) qarşılaşıb. Təmsilçimiz ardıcıl üçüncü görüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, yarımfinalda Şeyn Kitlə (İngiltərə) üz-üzə gələcək.
Yusif Ağakişiyev (75 kiloqram) də 1/4 final mərhələsindəki döyüşünü öz xeyrinə bitirib. Ona Giorge Bratunu (Rumıniya) məğlub etməyə cəmi 45 saniyə kifayət edib. Tam üstünlüklə qələbə qazanan boksçu yarımfinalda Oleksandr Tomiçlə (Ukrayna) qarşılaşacaq.
Mehran Rəsulov (80 kiloqram) isə 1/4 finalda Giorgi Quledanini (Gürcüstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti görüşündə Valeri Todorovla (Bolqarıstan) gücünü yoxlayacaq.
Hər 3 milli üzvü yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin edib. Onlardan öncə 2 oğlan və 2 qız boksçumuz da bu hüquqa yiyələnib.
Avropa çempionatında 1/4 final döyüşləri bu gün də davam edəcək.
Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq. Qız idmançılarda oktyabrın 23-də, oğlanlarda ertəsi gün yarımfinal görüşləri baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:18]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [21:49]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]